adalet.az header logo
  • Bakı 19°C
30 May 2023 11:02
528
HADİSƏ

HÖVSAN YOLUNDA AĞIR QƏZA

Bir neçə gün bundan əvvəl axşam saatlarında Hövsan yolunda ağır yol- nəqliyyat hadisəsi baş verib. Belə ki, nənə, onun qızı və nəvə yolu keçərkən avtomobil tərəfindən vurularaq öldürülüb. Onu da deyirlər ki, həmin yol gecə saatlarında işıqlandırılmır və nəticədə sürücülər yaxşı görmürlər, hansı ki, o yolda hadisə baş verən yerdən 10 metr o tərəfə yerüstü keçid var. O keçiddən də heç kim istifadə etmir. Sakinlər deyirlər ki, keçidin lifti işləmir, üstəlik də orada işıq yanmır, narkomanlar yuva qurublar. Belə oluduğu halda piyadalar məcbur oulb nəqliyyat vasitələrini intensiv hərəkət etdiyi yoldan keçməyə çalışır, bəziləri keçir, bəzən də bax, piyadanın vurulması ilə nəticələnən hadisələr qaçılmaz olur.

Hövsan yolunun kənarında işıq dirəkləri olsa da, cəmi bir-iki dəfə yandırılıb. Bunu da sakinlər deyirlər. Yol da gecə saatlarında yaxşı işıqlandırılmadığına görə, bax belə qəzalar baş verir. Aidiyyatı qurumlar isə lazımi tədəbirlər görmürlər, problemi bir-birinin üstünə atırlar. Nəticə isə bax belə acınacaqlı olur!..

EMİL FAİQOĞLU