18 Iyul 2024 11:38
616
DÜNYA

"Hraparak": "Ləyaqətli hakimiyyət xalqın dərdli günündə bunu etməzdi"

 İrəvan merinin mətbuat katibi Hayk Kostanyan yazıb ki, güclü yağış səbəbindən metronun Şenqavit stansiyasının girişini su basıb. Yəni İrəvanda axşam saatlarında yağan güclü yağış yeraltı keçidləri və küçələri basıb. Bu üzdən metrostansiyaların bir çoxuna sel gəlib.


 Ermənistan baş naziri Nikol Paşinyanı hər şeyin, hətta bütün təbii fəlakətlərin səbəbkarı kimi görən “Hraparak” qəzetinin müxbiri Armine Ohanyan məqaləsində yazır ki, əvvəllər incə bir nüans vardı:Böyük bir şey kimi görünmür, amma incə məqam idi. Binada biri öləndə insanlar qonşunun dərdinə hörmət edərək toy və şənlik məclislərini təxirə salırdılar. Hətta Hələ o son sovet illərində elə adamlar var idi ki, məsələn, hər kəsin ət alıb kabab etmək imkanı olmadığını başa düşür, qoxunun evlərə keçməməsi üçün hətta öz həyətlərində də manqald asmaqdan çəkinərdilər”.
 Jurnalist fikirlərini belə əsaslandırır:”2020-ci ildən illər keçsə də, bizim aramızda öz əziz itkilərini unutmayan qəmli, bədbəxt insanlar var, biz qara geymiş valideynlərin dərdinə hörmətlə yanaşmağa borcluyuq. Xüsusilə bu itkidə günahı böyük olan hakimiyyətin belə bir öhdəliyi var. Hakimiyyətin layiqli təmsilçisi işlədiyi dövrdə ölkəmizə belə fəlakətlər baş verəndə, bu qədər insan əziyyət çəkəndə geniş təbəssümünü, razı sifətini, izah olunmayan xoşbəxtliyini göstərməkdən çəkinərdi. Xarici səfərlərini göstərməkdən, hətta bu səfərlər vergi ödəyicilərinin hesabına olmasa da, bundan qaçardı. Ləyaqətli hakimiyyət öz vətəndaşını “torpaq verməsək, Azərbaycan müharibə edəcək” deyə hədələməzdi, ondan sonra bir ay məzuniyyətə getməzdi".
 Qeyd edək ki, xeyli müddətdir İrəvanda velosiped yürüşləri təşkil etməklə gündəmə gələn Ermənistan Baş naziri Nikol Paşinyan indi də səfər etdiyi Berlində veloyürüşə çıxıb.
 Bunu Paşinyan özü sosial şəbəkə hesabında məlumat yaymışdı:”Bu gün Berlində velosiped yürüşü oldu. Yaşasın velosiped!” O, bundan bir neçə gün əvvəl arvadı və qızı ilə Almaniyanın paytaxtına adi sərnişin təyyarəsində uçduğu görüntüsünü yaymışdı. Sonradan bəlli oldu ki, Paşinyan və ailəsi Berlində keçirilən Avro-24-ün final oyununu canlı izləməyə gedibmiş.
 Jurnalist məqaləsi ilə cəmiyyəti başa salmaq istəyir ki, sizin itkilərinin, bədbəxtliyiniz, kasıbçılığınız, probleminiz ölkə başçısının umrunda deyil.

Əntiqə Rəşid