I Qarabağ müharibəsində itkin düşənlərin ailələrinə çağırış
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Adalet.az xəbər verir ki, məlumatda deyilir:
"Vətən müharibəsində əldə edilmiş tarixi zəfərdən sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına (Dövlət Komissiyası) və aidiyyəti dövlət qurumlarına daxil olan çoxsaylı müraciətlərin təhlili göstərir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində itkin düşmüş bir sıra şəxs aidiyyəti qeydiyyatlardan kənarda qalıb.
Buna səbəb kimi I Qarabağ müharibəsindən sonrakı dövrdə bəzi itkin ailələrinin yaxınlarının rəsmi qeydiyyata alınması üçün Dövlət Komissiyasına müraciət etməməsi göstərilə bilər.
01.08.2024-cü il tarixə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3961 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3953 nəfəri birinci Qarabağ müharibəsində, 8 nəfər isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş şəxslərdir. Müraciətlərin davam etməsi bunun yekun statistika olmayacağını deməyə əsas verir.
Qeyd olunanları nəzərə alaraq, Dövlət Komissiyası qeydiyyatdan kənarda qalmış və yaxınları ilə bağlı DNT nümunələri verməmiş itkin ailələrindən, o cümlədən itkin düşmüş şəxslərə dair məlumatı olan vətəndaşlardan qısa müddət ərzində İşçi qrupu ilə əlaqə saxlayaraq itkin yaxınları barədə məlumatları və DNT nümunələrini verməyi xahiş edir.
Ünvan: Bakı şəhəri, Parlament prospekti 14.
Qaynar xətt: 81-61
Tel: (012) 405-99-79
Faks: (012) 510-69-73
E-poçt: [email protected]
Digər Xəbərlər
10 May 2026 00:10
"Əminəm ki, Onun ruhu şaddır" - İlham Əliyev - VİDEO
10 May 2026 00:00
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
09 May 2026 18:02
DTX-də Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd olunub - FOTOLAR
09 May 2026 17:54
“Şəfəq” yarımstansiyasının açılışı oldu - FOTOLAR
09 May 2026 17:42
Birinci xanımın evlərinə qovuşan vətəndaşlarla səmimi anları - FOTOLAR
09 May 2026 16:19
Meloni Bakı səfərində bu avtomobildən istifadə edib - VİDEO
09 May 2026 15:01
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR + VİDEO
09 May 2026 12:15


Bakı -°C

