adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Aprel 2024 11:49
427
DÜNYA

İbrahim Rəisi: Şiddətli qarşıdurma olacaq

“İrana hücum olarsa, İsrailə qarşı sərt tədbirlər görüləcək”.

Adalet.az xəbər verir ki, bu barədə İran Prezidenti İbrahim Rəisi Ordu Günü ilə bağlı paradda çıxışı zamanı deyib.

“Bizim İsrailə qarşı əməliyyatımız məhdud xarakterli tədbir idi, bu geniş əməliyyat olsaydı, İsraildən heç nə qalmayacağını görərdilər. Əgər İsrailin bizim torpaqlarımıza ən kiçik belə hücumu olarsa, onlarla şiddətli qarşıdurma olacaq”, - İbrahim Rəisi vurğulayıb.

İran Prezidenti bölgə ölkələrinə müraciət edib və əlavə edib ki, regionda xarici qüvvələrə ehtiyac yoxdur.