İcra Hakimiyyəti sabiq başçıdan 3 milyon manat tələb edir
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Adalet.az-ın məlumatına görə, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışı edən Namiq Zeynalovun vəkilləri dövlət ittihamçısının tələblərinə etiraz ediblər.
Vəkillər məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş ediblər.
İş üzrə zərərçəkmiş qismində tanınmış Cəlilabad Rayon İcra Hakimiyyəti 3 milyon manat, DOST İş Mərkəzi isə 50 min manat mülki iddia qaldırıb. Müdafiə tərəfi zərərçəkmiş qurumların tələblərinin əsassız olduğunu deyiblər.
Namiq Zeynalov son söz üçün vaxt istəyib.
Proses iyulun 4-nə kimi təxirə salınıb.
Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Digər Xəbərlər
09 Yanvar 2026 18:02
Anar Əsədlinin məhkəməsində mübahisə yarandı
09 Yanvar 2026 10:41
Estetik cərrah və anestezioloqla bağlı cinayət işi açıldı
08 Yanvar 2026 11:20
Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ!
07 Yanvar 2026 13:23
Nəzrinin ölümünə görə həbs olunan həkim Sənan Mehdiyev cəzadan azad edildi
06 Yanvar 2026 17:37
Azər Zahid və köməkçisi barədə cinayət işinə xitam verildi
05 Yanvar 2026 10:59
Ərəstun Oruclunun məhkəməsi başladı
27 Dekabr 2025 13:13
"Ədalətli məhkəmə həm də vəkil fəaliyyəti ilə mümkündür" - İnam Kərimov
26 Dekabr 2025 21:00


Bakı -°C

