29 Sentyabr 2023 14:51
548
GÜNDƏM

İDDİA :"Mingəçevir SES-i vurarıq" deyən "müdafiə naziri" saxlanıldı

Separatçı rejimin oyuncaq “müdafiə naziri” general-leytenant Levon Mnatsakanyan hər zaman , hətta komandir olanda belə Azərbaycanı hədələn sayıqlamaları ilə diqqət çəkib.


Yadınızdadırsa, 2016-cı ilin aprel döyüşlərində qaçıb gizlənmiş Dağlıq Qarabağ separatçılarının bu “komandanı” Azərbaycanı “SPAYK”-la hədələyən açıqlama vermişdi. Separatçı erməni mediasına demişdi ki, hələlik bu silahdan istifadəyə lüzum görmürlər.
Levon Mnatsakanyanın 2018-ci ildə Xankəndində jurnalistlərin qarşısına çıxaraq təmas xəttində hökm sürən “təəcüblü sakitlikdən”, payızda vəziyyətin gərginləşə biləcəyindən və irimiqyaslı hərbi əməliyyatların başlayacağından verdiyi müsahibə o vaxt hər birimizi dərindən qəzəbləndirirdi. Bu separatçı iddia edirdi ki, “Azərbaycanın iqtisadiyyatını iflic etmək” planları var.

Mnatsakanyan “əgər zərurət yaranarsa” Dağlıq Qarabağ “müdafiə ordusu”, Mingəçevir SES-ə raket zərbəsi endirəcək: “Mingəçevir SES hədəf kimi erməni ordusunun taktiki planlarına daxil edilib.Hərb elmi bu və buna bənzər obyektlərə zərbə endirilməsini tələb edir. Belə zərbə iqtisadiyyata zərər vuracaq və düşmənin silahlı qüvvələrini müvafiq resurslarla təchiz etmək imkanlarını aradan qaldıracaq. Bu obyekt bizim planlarımıza daxildir”

Erməni teleqram kanalları iddia edir ki, Levon Mnatsakanyan Qarabağdan Ermənistana gedərkən "Laçın" nəzarət-buraxılış məntəqəsində saxlanılıb.
Hələlik bu haqda rəsmi açıqlama olmasa da, inanırıq ki, separatçılar həbs ediləcək və layiqli cəzalarını alacaq.

 Əntiqə Rəşid