adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Noyabr 2020 10:06
57472
ƏDƏBİYYAT

İFTİXAR: QALX AYAĞA, AZƏRBAYCAN!

"QARABAĞ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR!” SİLSİLƏSİNDƏN...

 

 

QALX AYAĞA, AZƏRBAYCAN!

 

Bu torpaqda neçə ildir səbri daşan aslan yatıb,

Bu torpağı qarış-qarış qaytarmağın vaxtı çatıb!

Bu millətin qalxan tutan, qılınc vuran min qolu var,

Bu torpağı qaytarmağın savaş adlı bir yolu var!

 

Bu torpaqda Koroğlunun qıy qoparan nərəsi var,

Bu torpağı qarış-qarış qaytarmağın çarəsi var!

Bu millətin eşqi alov, günəş kmi yanır, yanır,

Bu millətin sinəsində torpaq eşqi alovlanır!

 

Bu torpağın hər dənəsi köz-köz olub yandıracaq,

Bu millətə qisas adlı qiyaməti andıracaq!

Bu millətin qan yaddaşı milləti pələng edəcək,

Azərbaycan bayrağını göylərə çələng edəcək!

 

Bu millətin övladları ana südü tək təmizdir,

Vətən bizim ruhumuzdur, canımızdır, qəlbimizdir!

Bu torpağın övladları vətənə qurban gedəcək,

İşğaldakı torpaqları düşməndən azad edəcək!

 

Bu torpaqda anaların göz yaşları quruyacaq,

Gün gələcək, bu torpağın çamur gölü durulacaq!

Bu millətin sarsılmayan, polad güclü əzmi ilə,

Böyük vətən Azərbaycan qurulacaq, qurulacaq!

 

Bu torpağın sərhədləri Qarabağda, İrəvanda!

Bu torpağın sərhədləri Borçalıda, Dərbənddədir!

Bu torpağın sərhədləri Cənubi Azərbaycanda!..

Azərbaycan, Azərbaycan, indi hünər tək səndədir!

Qalx ayağa, qalx ayağa, qalx ayağa, gəldi zaman,

Qalx ayağa, qalx ayağa, qalx ayağa, Azərbaycan!

 

On il bundan öncə yazılmışdır.

 

 

QARABAĞ AZƏRBAYCANDIR!

 

Sivri qayaları qılınca bənzər,

Uca göylərində qartallar süzər.

Bilən yaxşı bilir, bilməyən bilsin –

Nəzər diqqətimdə küllü-cahandır,

Eşidin, Qarabağ Azərbaycandır!

 

Qəfildən oyandı qan yaddaşımız,

Türk olan, türk oğlu tarix daşımız.

Ey insan övladı, anla, dərk elə,

Yaradandan gələn ali fərmandır,

Bilin ki, Qarabağ Azərbaycandır!

 

Əsrlər boyunca izimiz qalan,

Dünəndən bu günə körpüələr salan,

Müqəddəs torpağın hər qarışında

Qurban verdiyimiz ruh ilə candır!

Qarabağ bizimdir – Azərbaycandır!

 

Qarabağ bülbülü öz tüğyanında,

Çılğın zənguləsi coşur canında.

Bu uca millətin şah damarında

Doğma vətən üçün qaynayan qandır,

Qarabağ vətəndir – Azərbaycandır!

 

Başında dumanı əskik olmayan,

Xarı bülbülləri heç vaxt solmayan,

Şuşa – Pənahabad hünər qalamız –

Bütün millətimə şərəfdir, şandır,

Qarabağ həmişə Azərbaycandır!

 

Fatmayi bağları. Tələbəlik dövrümün yadigarı, Qarabağımızın Ağdam rayonundan olan əməkdar artist, qardaşım Azad Şükürovun bağ evindəykən. 11.10.2020. Saat 13.01.

QARABAĞ BİZİM ÜÇÜN DOĞMA AZƏRBAYCANDIR!

 

Azərbaycanın yeniməz sərkərdəsi, qəhrəmanı lideri, cənab İlham Əliyevə dərin hörmət və ehtiramla!

 

Səslənirəm qürurla bu gün bütün cahana,

Qoy səsim ulaşılsın hər tərəfə, hər yana.

Belə dedi hünərlə, bütün cəsarətiylə

Ali-Baş komandanım, cənab İlham Əliyev:

Qarabağ bizim üçün damarda coşan qandır!

Qarabağ bizim üçün doğma Azərbaycandır!

 

Qoy eşitsin bu aləm, bütün həqiqətləri,

Seyr eləsin törənən bütün cinayətləri,

Görsün pis əməlləri, görsün pis niyyətləri...

Bir də onu görsün ki, vətən canda bir candır –

Qarabağ bizim üçün doğma Azərbaycandır!

 

Bu gün hünər göstərir, öz müzəffər ordumuz,

İşğaldan azad olur, işğaldakı yurdumuz!

Hər dərdin öz dərmanı, hər dərdin çarəsi var...

Qarabağ dərdimizə əvəzsiz bir dərmandır –

Qarabağ bizim üçün doğma Azərbaycandır!

 

Dədə nəsihətləri çiynimizdə bir yükdür,

Türkün bircə dostu var, o da, türk oğlu türkdür!

Türkü türk qoruyacaq, türkə düşmən olandan...

Qarabağ türk yurdudur, bütün türkə cahandır –

Qarabağ bizim üçün doğma Azərbaycandır!

 

Müdrik siyasət ilə canlandı Heydər yolu!..

Bu yoldan heç sapmadı xalqın xilaskar oğlu –

Ali-Baş Komandanım, cənab İlham Əliyev! –

Yenilməz sərkərdədir, tarixi qəhrəmandır!

Qarabağ bizim üçün doğma Azərbaycandır!

 

14.10. 2020. Saat 20.20.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

SƏFƏR TÜRKÜN – ZƏFƏR TÜRKÜN!

 

Hər gün doğma Qarabağda

Düşmənə qan uddururuq!

Sərrast, səslis nişan alıb,

Başından zərbə vururuq!

 

Hər gün doğma Qarabağda

Düşmənə qəbir qazırıq!

Müzəffər ordumuz ilə,

Biz, yeni tarix yazırıq!

 

Biz zalımın müsibəti,

Qaranlığı, zillətiyik!

Fağırları bağışlayan

Türk oğlu, türk millətiyik!

 

Zaman bizim, tarix bizim,

Höküm bizim, yol bizimdir!

Bayrağını uca tutan,

Əyilməyən qol bizimdir!

 

Dünyanın düz üçdə biri,

Turana bağlı millətdir!

Bu millətin hər amalı

İşıqlı yol, xoş niyyətdir!

 

Turançılıq bir həqiqət,

Həqiqətsə uca Allah!

Sən Turanı, türkü qoru,

Ya Yaradan – qoca Allah!

 

Səfər türkün, zəfər türkün,

Gecə türkün, səhər türkün!

Dörd nala çapan igidlər

At üstündə, yəhər türkün!

 

Çap atını, Azərbaycan,

Doğma yurdun sinəsində!

Vətən üçün hər an coşan

Ürək səndə, sinə səndə!

 

Çap atını, qoca millət,

Səfər, zəfər, haqq sənindir!

Qələbə çal, uca millət,

Gözləyən torpaq sənindir!

 

29.10.2020. Saat 19.47.

 

 

 

ALİ BAŞ KOMANDANIM!

Başladığınız haqq savaşının bir ayının tamamında doğma Qarabağmızın dörd rayonunun və iki yüzə yaxın kəndinin azad olunması Sizin sərkərdəlik hünərinizin göstəricisidir.

 

Ali-baş komandanım, cənab İlham Əliyev!

Sən oddan doğulubsan – od atını minibsən!

Dünyanı heyran qoyan dönməz cəsarətin və

Müzəffər ordun ilə Sən düşməni yenibsən!

 

Ey qalib komandanım, ey yenilməz Sərkərdə!

Şanlı zəfərin ilə dərman oldun hər dərdə!

Bütün qara tilsimlər, bütün bağlı düyünlər

Qüdrətli hünərinlə söküldü pərdə-pərdə!

 

Yumruq kimi topladın milləti ətrafına,

Torpaq sevgisi ilə od püskürdün hər yana.

Savaşda savaş ilə, siyasətdə ağlınla,

Sən öz həqiqətini sübut etdin cahana.

 

Ey milli qəhrəmanım, ümummilli liderim!

Bu xalqın sinəsindən doğan vətənpərvərim!

Sən elə coşqu ilə böyük tarix yazdın ki,

Tərənnüm etmək üçün hətta acizdi şerim.

 

Allah Səni qorusun doğma, mərd xalqın ilə!

Bundan sonra hər kəsə, hamıya təlqin elə –

Ona görə qalibsən, onunçün ucasan ki,

Ürəyin, ruhun birdir, uca xaliqin ilə!

 

27.10.2020. Saat 24.00.

 

 

ZƏFƏR CƏNGİSİ

 

Şanlı ordumuzun zəfər cəngisi

Hər gün xoş xəbərlə coşdurur məni!

Doğma Qarabağdan – doğma torpaqdan

İti qovan kmi qovur, düşməni!

 

Düşmən qovulduqca, torpaq sevinir,

Qələbə sədası üst-üstə minir.

Hər gələn xəbərin təntənəsiylə,

Fərəhdən könlümdə min nəğmə dinir.

 

Vurur yumruğunu düz hədəfinə,

Sarsıdır düşməni şanlı ordumuz.

İri addımlarla, iti sürətlə

İtdən təmizlənir doğma yurdumuz.

 

Hər gün havalanır zəfər cəngisi,

Cəngiyə bənzəyir hər atəş səsi.

İgid ordumuzun rəşadətiylə,

Yox olur vətəndən düşmən nəfəsi.

 

31.10.2020. Saat 13.40.