"İl çox mürəkkəb və problemli məsələlərlə başladı" - Komitə sədri
"İl çox mürəkkəb və problemli məsələlərlə başladı. Bizim mövqeyimiz dürüst, açıq və konkretdir. Biz siyasətimizi ən yüksək səviyyədə təqdim və təşviq edirik. Bu istiqamətdə işlərimizi davam etdirəcəyik".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında komitə sədri, deputat Səməd Seyidov deyib.
"Regionumuz Azərbaycanın mövqeyi nəzərə alınmadan təhlil oluna bilməz. Regionumuz Azərbaycanın mövqeyi olmadan hansısa dəyişikliklərə məruz qala bilməz. Azərbaycan bunu sübut etdi", - deyə S.Seyidov bildirib.
Deputat Nigar Arpadarai bildirib ki, beynəlxalq münasibətlər arxitekturası dəyişir: "Hər gün bu dəyişikliklərin təzahürlərini görürük. Bu da təbii ki, özü-özlüyündə müəyyən risklər gətirir və bunlara hazır olmalıyıq. Bu baxımdan Azərbaycan çox uğurlu siyasət aparır. Bu il çətin il olacaq. Dəyişiklikləri görürük. Azərbaycan dövləti ildən-ilə güclənir, olan reallıqlara uyğunşalır".
Digər Xəbərlər
21 Yanvar 2026 14:47
Prezidentin məşhur şirkətin direktoru ilə səmimi dialoqu - VİDEO
21 Yanvar 2026 13:45
Azərbaycan və İordaniya gömrük işi sahəsində əməkdaşlıq edəcək
21 Yanvar 2026 12:54
"Sülh Şurasının Sədri vəzifənizdə uğurlar arzu edirəm" - İlham Əliyevdən Trampa məktub
21 Yanvar 2026 12:41
Tramp İlham Əliyevə məktub göndərdi
21 Yanvar 2026 11:34
“Azərbaycan "Qəzza sülh Şurasına" üzv ola bilər” - Politoloq
21 Yanvar 2026 11:26
"Cəmiyyətdə səfərbərliklə, çağırışla bağlı müəyyən sullar var" - Komitə sədri
21 Yanvar 2026 11:20
Prezident Davosda daha bir görüş keçirdi - FOTOLAR
21 Yanvar 2026 11:11


Bakı -°C

