Prezidentin məşhur şirkətin direktoru ilə səmimi dialoqu - VİDEO
Məlum olduğu kimi, Prezident İlham Əliyev ötən gün Davosda “Euronews” telekanalının təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib.
Adalet.az xəbər verir ki, tədbirdə dövlət başçısına sual ünvanlayan ABŞ-nin aktivlərin idarə edilməsi üzrə “Franklin Templeton” şirkətinin baş icraçı direktoru və prezidenti Cenni Consonla İlham Əliyev arasında maraqlı dialoq yaşanıb.
Belə ki, şirkət direktoru dövlət başçısına xizək sürməsini xatırladaraq Azərbaycanda xizək sürdüyünü və ölkəmizdə ən müasir qurğuların olduğunu diqqətə çatdırıb: “Cənab Prezident, sizə bir qədər əyləncəli sualım var. Bildiyimə görə, siz xizək sürürsünüz. Azərbaycanda xizək sürmək mənə də nəsib oldu. Təbrik edirəm, orada ən müasir qurğularınız var. Bildiyimə görə, martda Dünya çempionatı keçirəcəksiniz. Bir qədər bu barədə danışa bilərsinizmi?”
Prezident İlham Əliyev isə bildirib: “Mənim xizəkçi olduğumu sizdən eşitmək qızıl medal almaq kimidir. Çünki Cenni həqiqi çempiondur. Çox şadam ki, o, Azərbaycanda xizək sürməkdən zövq alıb. Tədbir başlamazdan əvvəl biz söhbət etdik və mən söylədim ki, bu il Şahdağda Dünya çempionatı keçiriləcək”.
Digər Xəbərlər
03 Aprel 2026 17:19
QMİ sədrindən səfirə: İlham Əliyev ölkə ərazisinin İrana qarşı istifadə edilməyəcəyini dəfələrlə bəyan edib
03 Aprel 2026 16:53
“Ancaq belə savaşlarda Allah kimin yanındadırsa, o da qalib gələcək...”
03 Aprel 2026 16:26
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
03 Aprel 2026 12:05
"Vətən müharibəsindən sonra 421 mülki şəxs minadan zərər çəkib" - Hikmət Hacıyev
03 Aprel 2026 10:30
“Bu sözlər Paşinyana xəbərdarlıq mahiyyəti daşıyır...” – Politoloq
02 Aprel 2026 21:00
Pezeşkian İlham Əliyevə zəng etdi
02 Aprel 2026 17:43
BMT-də Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi
02 Aprel 2026 14:44


Bakı -°C

