adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 Aprel 2024 12:39
1196
ŞOU-BİZNES

İlahə İbadova: “Atası qızımı görmək istəmir”

Son zamanlar açıqlamaları ilə gündəm yaradan sənətçi Ilahə İbadova yenə də sükutu pozub.

Adalet.az bildirir ki, o, .əxsi həyatından danışıb:

“Əslində övladlarını valideynlərini çox sevmələri bir xoşbəxtlikdir. Mənim qızım atasını çox az görüb. Yəni körpə vaxtı görüb atasını. Daha sonra görüşməyiblər. Axırıncı dəfə 13 ildir atası ilə  görüşmürlər. Qızım atasını görəndə 2 yaşı vardı. Atası qızımı görmək istəmir. Çox yəqin ki, evlidir, həyat yoldaşı icazə vermir. Mən qızıma hər zaman həm ata, həm ana olmuşam. Ona atasızlığı hiss etdirməmişəm. Amma çox güman ki, onun ürəyinin bir küncündə atasını görmək istəyi var. Mən nə qədər hiss etdirməsəm də, təbii ki , onun qanını daşıyır. Yəqin ki, görmək istəyər. Amma ondan sonra reaksiyası nə olacaq, onu artıq deyə bilmərəm”.


Əntiqə