İlham Əliyev Afrim Qaşini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşini qəbul edib.
Adalet.az xəbər verir ki, söhbət zamanı Azərbaycanla Şimali Makedoniya arasında münasibətlərin inkişafından məmnunluq bildirildi, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulandı.
Əlaqələrimizin möhkəmlənməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunuldu, bu xüsusda Şimali Makedoniya Prezidentinin ölkəmizə rəsmi səfəri və keçirilən səmərəli müzakirələr qeyd olundu.
Qonaq vurğuladı ki, Şimali Makedoniya Azərbaycanı dost ölkə kimi qəbul edir.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrimizin perspektivlərinə dair müzakirələr aparıldı, Azərbaycan və Şimali Makedoniyanın qanunverici orqanları arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olundu.
Digər Xəbərlər

"Rusiya Azərbaycana minnətdardır" - Kreml

İsrail təkbaşına İranda istəyinə nail ola bilməz... - Səxavət Məmməd yazır

Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılacağı tarix məlum olub

Azərbaycandan İsrail rəhbərliyinə mesaj

XİN: İran və İsraildə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları var?

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olundu - Rəsmi

İsrail və İranda ölənlər arasında Azərbaycan vətəndaşları yoxdur - XİN rəsmisi
