İrandan qaçan "Kərimə dövləti": Sahibsiz qalmış köpəklər
Molla – fars rejiminə bağlı bir terrorçu “Hüseyniyyun” (Hüseynçilər-red.) qruplaşması çoxdandır mövcuddur. İranın dəstəklədiyi “Hüseyniyyun” son illərdə İran və Azərbaycan arasında aşağı intensivlikli qarşıdurmada üsyançı qrup olaraq ön plana çıxıb. Bu qruplaşma ölkəmizdəki dünyəvi hökumətin xarici və daxili siyasətinə qarşı təxribatçı mövqe sərgiləyən təşkilat kimi tanınır.
Daha dəqiq, “Hüseyniyyun” Azərbaycan Respublikasında islam dövləti qurmaq hədəfi ilə SEPAH-ın Qüds briqadası tərəfindən yaradılan terrorçu qruplaşmadır.
Qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədov da yad deyil öz azərbaycanlılarımızdır, amma ki, satqın və xaindirlər. Hər iki xain barəsində Azərbaycanda “dövlətə xəyanət” və “terrorçuluq” maddələriylə cinayət işi açılıb və axtarışdadırlar.
Onların düşüncəsinə görə, çox az qalıb, yaxın vaxtlarda Azərbaycanda "Kərimə Dövləti" qurulacaq".
Xüsusən daha radikal olan Tohid İbrahimbəyli 2015-2016-cı illərdə Qum və Məşhəd şəhərlərindəki mədrəsələrdə oxuyan 14 azərbaycanlı gənci başına yığaraq “Hüseyniyyun” terror təşkilatını yaradıb. “Youtube” sosial şəbəkəsində radikal çıxışlar edən bu şəxs də illər öncə İranın Qum şəhərinə köçüb.
Azərbaycan bir neçə dəfə rəsmi formada İrana müraciət edərək, sözügedən terror təşkilatının üzvlərinin (Təxminən qrupun 41 nəfər üzvü siyahı şəklində İİR təhvil verilib) ölkəmizə ekstradisiyasını tələb etsə də sahibləri onları qorumuş, Azərbaycana verməkdən imtina etmişdi.
Sonuncu dəfə , fevral ayında İranda gizlənərək davamlı olaraq Azərbaycana qarşı təhdid yağdıran “Hüseyniyyun” terror qruplaşması “Tezliklə” başlığı ilə Qurandan sitat gəririb: “Zülm edilənlərə döyüş (cihad) icazəsi verildi və Allah onlara kömək etməyə qadirdir”.
Bundan sonra isə terror qruplaşması Azərbaycanda hökumətyönlü xəbər saytlarına haker hücumu edib.
Həmin saytlar “Global Media Group” MMC-nin tərkibinə daxil olan “Report” İnformasiya Agentliyi, “Oxu.az”, “Ölkə.az”, “Baku.ws”, “Caliber.az” xəbər saytları, “Baku TV” yayım portalı, eləcə də “Azpolitika.info” saytı idı.
Saytların əsas səhifəsinə “hüseynçilər” haker qrupunun loqosu olan post yerləşdirmişdi.
Bu xəyanətkar dəstəni yemləyən SEPAH generallarının İsrail bombardmanından sağ çıxmaması müşkülə salıb. Beləki, yerli sosial media şəbəkəsində məlumat yayılıb ki, “Hüseyniyyun” terror qruplaşmasının üzvləri başsız qalıb və İranı tərk edərək İraqın Nəcəf və Samirə şəhərlərinə qaçıblar.

Xatırladaq ki, bu qruplaşmanın himayədarlarından olan İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general-mayor Hüseyn Səlami və SEPAH generalı Qulaməli Rəşid, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Hüseyn Baqiri, İranın raket proqramına cavabdeh olan SEPAH Aerokosmik Qüvvələrinin komandanı general Əmir Əli Hacızadə, Silahlı Qüvvələrin Əməliyyat İdarəsinin rəis müavini, general Mehdi Rabani, İran ordusunun kəşfiyyat rəisinin müavini general Qulamrza Mehrabi və başqalarının ölümü “Hüseyniyyun” terror qruplaşmasının “Kərimə dövləti” qurmaq arzularını darmadağın etdi.
Əntiqə Rəşid
Digər Xəbərlər
13 Iyul 2026 13:32
Prezidentin Mətbuat Xidmətindən IV Şuşa Qlobal Media Forumu ilə bağlı VİDEOÇARX
13 Iyul 2026 12:40
Pensiyalar sabah ödəniləcək
13 Iyul 2026 12:25
Rusiyanın səhiyyə naziri Azərbaycana gəlib
13 Iyul 2026 11:06
Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın - DİN çağırış edir
13 Iyul 2026 10:25
Keçmiş məcburi köçkünlər qeydiyyatda olmadıqları rayonlara köçürülür? - VİDEO
12 Iyul 2026 12:35
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
11 Iyul 2026 18:31
Prezidentin sosial media hesabında Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb
11 Iyul 2026 18:15


Bakı -°C


