İranlı ermənilər Ermənistana axışır: Otellər tutulub, kirayənin qiyməti qalxıb
Erməni mediası ilk dəfə Ermənistana gələn turistlərdən həyəcanla yazır.
Adalet.az xəbər verir ki, son günlər İrandan Ermənistana gələn turistlərin sayında ciddi artım müşahidə olunur. Zəngəzurda , xüsusilə Megri və Aqarak şəhərlərində fəaliyyət göstərən otellərin əksəriyyəti demək olar ki, doludur.
Məlumatı Meğri Bələdiyyəsi də təsdiqləyib və bildirib ki, bu günlərdə şəhərin otelləri həmişəkindən daha sıxdır. Səyahət agentlikləri axının bölgədə artan hərbi gərginliklə əlaqədar olduğunu təsdiqləyir.
Turizm ekspertləri qeyd edirlər ki, Zəngəzur vilayətində, xüsusən Meqri və Aqarakda otel nömrələrinin böyük əksəriyyəti artıq bron edilib. Yeri gəlmişkən, Gümrüdə də turist axınında artım var, lakin respublikanın ikinci şəhərində İran vətəndaşlarının sayı elə də ciddi deyil.
Media yazır:"Söhbətimizdə gömrükçülərdən biri adının çəkilməsini istəməsə də, son iki gündə 200-ə yaxın iranlının əsasən turizm və şəxsi məqsədlərlə hər gün sərhədi keçərək Ermənistana daxil olduğunu təsdiqləyib. Onun sözlərinə görə, son günlər bu rəqəm xeyli artıb.
Tehrandan bizimlə əlaqə saxlayan iranlı erməni Rubina qızı ilə də Ermənistana gəlməyi planlaşdırdığını dedi: "Heç olmasa, Kotayk vilayətində ailəvi evim var, vaxtaşırı bizi valideynlərim qonaq edəcək. Amma ərim Tehranı tərk edib Ermənistana gəlmək qərarına gəlsə, yaşayış və ya mənzil kirayəsi problemi yaranacaq".
Əntiqə Rəşid
Digər Xəbərlər
25 Oktyabr 2026 20:00
Son 48 ildə ilk: İran ABŞ-dən təzminat aldı
25 Oktyabr 2026 19:55
Paşinyan həbs etdirdiyi nazirin qızını təbrik etdi
25 Oktyabr 2026 19:51
Tramp: "Mənə lazımi qiymət verilmir"
25 Oktyabr 2026 18:00
Rubio: Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır
25 Oktyabr 2026 17:15
Fransadakı iğtişaşlarda saxlanılanların sayı 1300-ü keçdi
25 Oktyabr 2026 16:00
“Radarı əmim ixtira edib” - Tramp
25 Oktyabr 2026 15:32
Ukraynanın 9 bölgəsinin enerji infrastrukturuna ziyan dəyib - Zelenski
25 Oktyabr 2026 13:17


Bakı -°C

