İlham Əliyev Antalyada Şimali Kipr Prezidenti ilə görüşdü - FOTOLAR + YENİLƏNİB
Aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüşü olub.
Adalet.az xəbər verir ki, dövlətimizin başçısı Tufan Erhürmana Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırdı.
Tufan Erhürman təbriklərə görə minnətdarlığını bildirdi.
Söhbət zamanı Azərbaycan Respublikasının Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi daimi dəstəyə toxunuldu.
Prezident Tufan Erhürman buna görə dövlətimizin başçısına təşəkkür etdi.
Azərbaycan Prezidenti ölkəmizin həmişə Şimali Kipr Türk Cümhuriyyətinin yanında olduğunu deyərək, göstərilən dəstəyin gələcəkdə də davam etdiriləcəyini vurğuladı.
Söhbət zamanı bu ilin aprelində Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin dostluq qrupları üzvlərinin Bakıda keçirilmiş 3-cü iclasının əhəmiyyəti qeyd edildi.
Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi vurğulandı, həmçinin bir sıra sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparıldı.
Digər Xəbərlər
21 Aprel 2026 11:59
Belçika və Niderland parlamentlərinin qətnamələrinə etiraz edildi
21 Aprel 2026 11:47
İranda köhnə ruhani elitası darmadağın olub – Politoloq
21 Aprel 2026 11:46
Vüqar Gülməmmədov Milli Məclisdə hesabat verir
21 Aprel 2026 11:28
İslamabadda ABŞ-İran danışıqları baş tutacaq - Politoloq
21 Aprel 2026 11:26
Azərbaycan-Belçika işçi qrupunun fəaliyyəti dayandırılsın - TƏKLİF
21 Aprel 2026 11:20
“Ankara həm real hərbi güc, həm də strateji tərəfdaş kimi Körfəz ölkələrindən...”
21 Aprel 2026 11:19
Tural Gəncəliyev: "Baş verən bəzi hadisələr sülhə ciddi zərbə vurur"
21 Aprel 2026 11:00


Bakı -°C

