İlham Əliyev Davosda AYİB prezidenti ilə görüşüb, saziş imzalanıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb.
Adalet.az xəbər verir ki, Odile Reno-Basso Azərbaycan Prezidentini COP29-un uğurla keçirilməsi münasibətilə təbrik etdi, bu tədbirdə əldə olunmuş nəticələri yüksək qiymətləndirdiklərini vurğuladı.
O, ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında həyata keçirilən bir sıra layihələrə toxunaraq, bu xüsusda Gəncə şəhərinin su təsərrüfatı ilə bağlı layihənin həyata keçirilməsinin Bank tərəfindən maliyyələşdirilməsinə razılığın verildiyini bildirdi.
Odile Reno-Basso ölkəmizin bank sektoru ilə həyata keçirilən layihələrin, o cümlədən kiçik və orta sahibkarlığın, qadın sahibkarlığının və dayanıqlı inkişaf layihələrinin dəstəklənməsi üçün ayrılan kredit xətləri barədə məlumat verdi.
Ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulan vacib layihələrdən danışan Prezident İlham Əliyev su təsərrüfatı, nəqliyyat, Bakı şəhərinin inkişafı istiqamətlərində icra olunan işləri qeyd etdi.
Söhbət zamanı Avropaya yaşıl enerjinin ixracı, bununla bağlı həm Gürcüstanla, həm də Mərkəzi Asiya ölkələri ilə regional əməkdaşlıq layihələri və imkanları barədə müzakirələr aparıldı.
Sonra imzalanma mərasimi oldu.
Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişini” İqtisadiyyat naziri Mikayıl Cabbarov və Bankın birinci vitse-prezidenti Yurqen Riqterink imzaladılar.
Digər Xəbərlər
27 Sentyabr 2026 17:05
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
27 Sentyabr 2026 13:52
Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər
27 Sentyabr 2026 13:49
Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər
27 Sentyabr 2026 13:01
“Bakı forumu yeni tərəfdaşlıqlar üçün əlverişli imkanlar açır”
27 Sentyabr 2026 09:49
"Euronews" 27 Sentyabr – Anım Günü ilə bağlı məqalə dərc etdi
27 Sentyabr 2026 09:36
Xarici İşlər Nazirliyi bəyanat yaydı
26 Sentyabr 2026 20:10
Heç bir ölkə müharibələrdən sığortalanmayıb - Səxavət Məmməd yazır
26 Sentyabr 2026 19:45


Bakı -°C

