İlham Əliyev gələn həftə Putinlə görüşəcək

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün aprelin 22-də Moskvaya səfər edəcək.
Adalet.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Görüşdə Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələlərinin müzakirəsi, eləcə də aktual regional problemlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır.
İki ölkənin rəhbərləri Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə başçılıq etdiyi Baykal-Amur magistralının tikintisinin veteranları ilə görüşəcəklər.
Digər Xəbərlər

Hikmət Hacıyevdən agent iddialarına CAVAB

Vilayət Eyvazov Gürcüstanın daxili işlər naziri ilə görüşdü

Hikmət Hacıyev Yaroslav Zajiçek ilə görüşüb

Zakir Həsənov İrana başsağlığı verdi

Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı

Kim düşünürsə ki, parlament notariusdur, yanılır - Deputat

XİN İsraildə olan Azərbaycan vətəndaşlarına MÜRACİƏT ETDİ
