İlham Əliyev İsrailin nazirini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqevi qəbul edib.
Adalet.az xəbər verir ki, Miri Reqev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İsrailin dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə Bakıda keçirilən COP29-un əhəmiyyəti vurğulanıb, iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi baxımından bu tədbirin önəmli olduğu qeyd edilib.
Miri Reqev COP29-un yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.
Söhbət zamanı ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
29 Noyabr 2026 00:07
Azərbaycanla bəzi məsələlər üzrə mövqelərimizi uzlaşdırmalıyıq - Kobaxidze
29 Noyabr 2026 00:02
“Müxalifət Azərbaycanla sülhə “son maneə”dir” - Paşinyan
28 Noyabr 2026 12:11
"Biz dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk" - Prezident
28 Noyabr 2026 12:06


Bakı -°C

