İlham Əliyev: “Kəlbəcərin itirilməsi strateji nöqteyi-nəzərdən böyük faciə idi”
“Kəlbəcərin itirilməsi strateji nöqteyi-nəzərdən böyük faciə idi. Eyni zamanda, burada yaşayan insanların bir çoxu ermənilər tərəfindən öldürülüb, buradan çıxa bilən insanların bir çoxu Murov dağlarında donub və həyatlarını itirib”.
Adalet.az xəbər verir ki, bu barədə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında çıxış edərkən bildirib.
Dövlətimizin başçısı həmin dövrdə baş vermiş faciəli hadisələri xatırladaraq deyib ki, insanlar aprelin əvvəllərində qarlı, şaxtalı havada Murovdan ayaqyalın keçməyə məcbur idilər.
“Onlara yolda da işgəncələr verildi, pusqular quruldu. Mənfur düşmən tərəfindən dinc əhali öldürüldü. Hərbi cinayətkarlar – Sarkisyan, Köçəryan bunu törətdilər: İkinci Qarabağ müharibəsi dövründə Xankəndiyə gəlmişdilər, guya orada müqavimət göstərəcəklər. Dovşan kimi, fərari kimi qaçdılar oradan. Ona görə Kəlbəcərin itirilməsi müharibənin ondan sonrakı gedişatına da əlbəttə ki, mənfi təsir göstərmişdi”, - deyə Prezident İlham Əliyev qeyd edib.
Digər Xəbərlər
01 Oktyabr 2026 17:44
Qəzənfər Abdullayevin mandatı əlindən alındı
01 Oktyabr 2026 16:17
""Müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur" - Yaşar Gülər
01 Oktyabr 2026 11:17
Prezident Çin liderini təbrik edib
01 Oktyabr 2026 10:42
"AQEM sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident
01 Oktyabr 2026 10:38
"Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir" - İlham Əliyev
01 Oktyabr 2026 00:13
Zakir Həsənov britaniyalı və slovakiyalı həmkarları ilə görüşdü - FOTOLAR
30 Sentyabr 2026 19:00
Prezidentin sosial şəbəkə hesablarında sərgidən PAYLAŞIM
30 Sentyabr 2026 18:44


Bakı -°C

