İlham Əliyev: Liderlər olaraq daha yaxşı şəraitin yaradılması üçün cəsarətli olmalıyıq
Liderlər olaraq daha yaxşı şəraitin yaradılması üçün cəsarətli olmalıyıq.
Adalet.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) açılış mərasimində Prezident İlham Əliyev bildirib.
“Bu gün biz şəhər inkişafının, xüsusilə paytaxt şəhərlərinin inkişafının vacibliyini tam anlayaraq həm cəsarətli, həm də ehtiyatlı olmalıyıq. Mən bunu bəzən Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisi ilə müqayisə edirəm. Yeri gəlmişkən, bu yarış şəhər trasında keçirilən azsaylı Formula 1 yarışlarından biridir. Avtomobillərin sürəti saatda 300 kilometrdən çox olur, daha sonra isə pilotlar əyləci basaraq qədim şəhər divarından cəmi bir metr aralıda yerləşən, eni yeddi metr olan dar küçəyə daxil olurlar. Buna görə də pilotlar həm cəsarətli, həm də ehtiyatlı olmalıdırlar. Liderlər, qərar qəbul edən şəxslər və inkişaf gündəmini müəyyən edənlər olaraq biz də inkişafda, daha yaxşı şəraitin yaradılmasında cəsarətli olmalıyıq”, - dövlət başçısı qeyd edib.
Digər Xəbərlər
18 May 2026 14:25
Prezident WUF13-ün açılışında çıxış edib - VİDEO + FOTOLAR - YENİLƏNİB
18 May 2026 13:50
BMT rəsmisi Azərbaycan məsəlini nümunə göstərdi
18 May 2026 13:30
"Azərbaycan aktual qlobal məsələlərin müzakirəsi üçün mühüm platformadır" - Hikmət Hacıyev
18 May 2026 13:27
Prezident: Torpağın əsl sahibləri məhz belə davranırlar, qurur, yaradır və dirçəldirlər
18 May 2026 13:21
Dövlət başçısı: Bu gün Bakı öz tarixi simasını qoruyub saxlayır
18 May 2026 13:16
"Bu gün qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk"
18 May 2026 13:10
Ali Baş Komandan: Qarabağ və Şərqi Zəngəzurda 5 yeni tunel tikiləcək
18 May 2026 13:09


Bakı -°C

