İlham Əliyev Petr Paveli təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Çexiya arasında dostluq münasibətlərinin genişlənməsi, əməkdaşlığımızın inkişafı üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".
Digər Xəbərlər
28 Oktyabr 2024 13:13
Prezident pakistanlı generalı qəbul etdi - YENİLƏNİB + FOTO
28 Oktyabr 2024 12:13"Sasun, sənin bossun düşmənə 4-5 milyard dollarlıq silah bəxş etdi" - Şarmazanov
28 Oktyabr 2024 11:06Əli Əsədov İrakli Kobaxidzeni təbrik etdi
28 Oktyabr 2024 10:43Azərbaycan XİN Çexiyanı təbrik etdi
28 Oktyabr 2024 09:49