İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Adalet.az xəbər verir ki, bayram münasibəti ilə xalqa ünvanlanan müraciətdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.
Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları gözəl niyyətlər və savab əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq və bərabərlik yoluna dəvət edir. Bu ayda müsəlmanlar oruc tutmaqla Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi kamilliyə ucalmaq fürsəti qazanırlar.
Orucluq mərasimləri bütün İslam aləmində olduğu kimi, Azərbaycanda da hər il böyük fərəh və məmnunluq hissi ilə keçirilir. Ölkəmizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən Ramazan ayında dövlətimizin rifahı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad olunur. İnanıram ki, insanların qəlbini və ruhunu ilahi hikmətlərlə nurlandıran mübarək Ramazan günlərində dua və diləkləriniz, saf niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir.
Əziz bacı və qardaşlarım!
Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.
Allah orucunuzu və dualarınızı qəbul etsin.
Ramazan bayramınız mübarək olsun!".
Digər Xəbərlər

Türkiyə səfirliyi 31 Martla bağlı paylaşım etdi - FOTO
jpg-1617343518.jpg)
Ermənilərin törətdiyi qırğınlar igilis və rus generallarının gözü ilə: “Erməni xisləti...”

Xankəndinin mərkəzindəki "edam otağı"ndan TÜKÜRPƏDƏN GÖRÜNTÜLƏR

Azərbaycanda Ramazan ayının başa çatması ilə əlaqədar bayram namazı qılınıb – YENİLƏNİB

Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə PAYLAŞIM

Leyla Əliyevadan Ramazan bayramı münasibətilə paylaşım - VİDEO

İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım etdi - FOTO
