İlham Əliyev Si Cinpinə təbrik məktubu göndərib
Prezident İlham Əliyev Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinə qarşıdan gələn Bahar bayramı münasibətilə məktub ünvanlayıb.
Adalet.az bildirir ki, dost Çin xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edən dövlətimizin başçısının məktubunda qeyd edilib: "Ay təqvimi ilə Yeni ilin gəlişini tərənnüm edən və təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsi olan qədim Çuntsze bayramı özünün tükənməz yeniləşdirici ruhu ilə səmimiyyət, xeyirxahlıq, başqalarına qayğı kimi duyğuları gücləndirir. Zəngin milli-mənəvi ənənələri yaşadan xalqınıza bu bayramın xoşbəxtlik, firavanlıq və yeni-yeni uğurlar bəxş etməsini diləyirəm".
Azərbaycan-Çin dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev dövlətlərarası əlaqələrin bundan sonra da birgə səylərlə möhkəmlənəcəyinə və genişlənəcəyinə dair əminliyini ifadə edib.
Digər Xəbərlər
16 Sentyabr 2026 08:55
“Azərbaycan və BƏƏ sabitlik və dialoqa töhfə verir” - Hikmət Hacıyev
15 Sentyabr 2026 17:41
"Heç kimin qabağında baş əymirik və əyməyəcəyik" - İlham Əliyev
15 Sentyabr 2026 17:15
"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır" - Dövlət başçısı
15 Sentyabr 2026 16:47
"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir" - Prezident
15 Sentyabr 2026 16:43
"Biz intiqamımızı döyüş meydanında artıqlaması ilə aldıq" - Dövlət başçısı
15 Sentyabr 2026 16:30
İlham Əliyev beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - FOTOLAR + YENİLƏNİB
15 Sentyabr 2026 15:35
Ərdoğan Azərbaycanı təbrik edib
15 Sentyabr 2026 15:25


Bakı -°C

