İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobili almaq üçün sifariş verib.
Adalet.az Türkiyə mətbuatına istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Prezident İlham Əliyev 2 avtomobil istədiyini söyləyib: “Telefon danışığımız zamanı da bunu xatırlatdı”.
Qeyd edək ki, noyabrın 2-də Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Prezident İlham Əliyev Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb və bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə "Togg" elektromobilini sınaqdan keçirib. Dövlət başçısı "Gemlik" zavodunun işçiləri qarşısında çıxışı zamanı bildirib ki, il ərzində 175 min avtomobil istehsal olunacaq, 2030-cu ilə qədər istehsal 1 milyonu ötəcək.
Digər Xəbərlər
07 Aprel 2026 20:00
240 min dollarlıq təhlükəsizlik: Gizli zirehli model
06 Aprel 2026 09:00
Yağışlı havada tıxaclı Bakı yolları - SİYAHI
04 Aprel 2026 19:52
Yeni Günəşlidə yolun bir hissəsi düzəldilib...
03 Aprel 2026 08:31
Bakıda tıxac olan yollar açıqlanıb
01 Aprel 2026 18:24
Bu yollarda sıxlıq var - SİYAHI
26 Mart 2026 09:00
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
25 Mart 2026 16:11
Bu gündən bəzi avtomobillərin idxalı vergidən və rüsumdan azad edildi
25 Mart 2026 11:21


Bakı -°C

