"İlham Əliyev ümid mayakıdır" - Roma Papası
Roma Papası XIV Leo 2026-cı il "Zayed İnsan Qardaşlığı Mükafatı" laureatlarına mesaj göndərib.
Adalet.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Məktubda deyilir: "Laureatlarımız – Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev, xanım Zərqa Yaftali və Fələstin təşkilatı Taavon – çox vaxt körpülər əvəzinə divarlar tikən bir dünyada ümid mayaklarıdır.
Laqeydlik əvəzinə çətin həmrəylik yolunu seçməklə, onlar hətta ən dərin kök salmış ayrılıqların belə konkret hərəkətlərlə sağaldılmasının mümkün olduğunu göstərdilər. Onların işi sübut edir ki, qardaşlıq işığı qardaş qırğınının qaranlığını dəf edə bilər".
Xatırladaq ki, fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunub./Unikal
Digər Xəbərlər
03 Aprel 2026 16:51
İran rejimi məhv olanadək müharibə davam edəcək - Netanyahu
03 Aprel 2026 16:50
"Hörmüz boğazını asanlıqla aça bilərik"
03 Aprel 2026 16:31
Yaponiya tankeri də Hörmüz boğazını keçdi
03 Aprel 2026 10:30


Bakı -°C

