12 Avqust 2025 10:49
140
SİYASƏT

"İlham Əliyev və Paşinyanın yanında olmaqdan böyük şərəf duyuram" -Tramp

"Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan mənim yaxşı dostlarımdır".

Adalet.az xəbər verir kİ, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

"Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyevlə birlikdə olmaq və onilliklər davam edən müharibə və ölümlərdən sonra Sülh Müqaviləsini imzalamaq böyük şərəf idi. Bunlar iki möhtəşəm insan və böyük liderdir. Onlar artıq mənim yaxşı dostlarımdır!", - o, qeyd edib.