adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Yanvar 2022 15:20
2595
LAYİHƏ

İlham Əliyev:""Zəngəzur dəhlizi" terminin müəllifi mənəm"

İkinci Qarabağ müharibəsində Şanlı Ordumuzun vurduğu dağıdıcı zərbədən hələ də özlərinə gəlməyən Ermənistanın revanşizm niyyətləri heç bir nəticə vermir. Hələ də Qərbdəki havadarlarına ümid edən Ermənistan rəhbərliyi ara-sıra müxtəlif təxribatlar rörətməklə nəyəsə nail olmaq istəyirlər. Lakin anlamaq istəmir ki, onların ərazi xülyaları atıq tarixə çevrilib və 44 günlük Zəfər qələbəsindən sonra ordusu tamamilə məhv edilmiş bir for-post dövlətin sülh müqaviləsi bağlamaqdan başqa alternativi yoxdur.

Müharibədən sonra da Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə Müzəffər Ordumuz inkişaf etməkdə davam edir. Hərbi qüvvələrimizin bütün strukturlarının yeni müasir silahlarla təmin olunması, söyüş qabiləyyətinin artırılması üçün müvafiq tədbirlər görülnməkdədir. Müharibə dövründə fədəkarlıq göstərmiş xüsusi təyinatlılı hərbi qüvvələrin təkmilləşdirilməsi, həmçinin "Komonda" tipli xüsisi təyinatlı yeni qüvvələrin yaradılması ermənilərin revanş təxribatları nəticəsində yaranan vəziyyıtin diktə etdiyi zərurıtdən irəli gəlir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bu məsələyə toxunaraq bildirdi ki, "Söhbət ondan gedir ki, bir ildən, iki ildən, beş ildən sonra nə olacağını bilmirik. Bu gün Ermənistan ordusu tamamilə bərbad vəziyyətdədir və İkinci Qarabağ müharibəsi dövründə olduğundan daha artıq dərəcədə bizə müqavimət göstərməyə qabil deyil. Biz Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə bütün hərbi quruculuq cəhdlərini çox diqqətlə izləyirik. Buna görə mən səmimi və açıq demişəm ki, əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir."

"Beləliklə, bizim gördüyümüz tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsi dövründə nümayiş etdirildiyindən daha güclü olacaq. Hərçənd, artıq hamının bildiyi kimi, bizim nümayiş etdirdiyimiz həm mütəxəssislərin, həm də bir sıra ölkələrin ictimaiyyətinin gizlətmədiyi heyranlıq doğurub. Bu gözlənilməz və gizlədilməyən heyranlıq, əlbəttə, bizdə, hər kəsdə qürur hissi doğurub. Lakin, eyni zamanda, biz, necə deyərlər, qürrələnməməli, lovğalanmamalı, özlərini böyük döyüşçülər hesab edən, lakin, əslində, sprintdə yeni rekordlar müəyyən etmiş böyük sprinterlər olan erməni tərəfin səhvlərini təkrarlamamalıyıq. Əlbəttə, belə olmayacaq, lakin hər halda indi mənim hərəkətlərim, o cümlədən hərbi quruculuq çərçivəsində hərəkətlərim reallıqlardan kənara çıxmamağa yönəlib. Biz nə lazımdırsa onu etmişik, ləyaqətlə, şərəflə, ədalətlə etmişik və gələcək haqqında, Azərbaycan Silahlı Qüvvələrinin xalqımızı və dövlətimizi bütün mümkün təhlükələrdən qoruya bilməsi barədə düşünməliyik. Fikrimcə, müharibədən sonrakı dövr, - ötən bir il ərzində çox hadisələr baş verib, özü də təkcə Ermənistana münasibətdə deyil, - nümayiş etdirib ki, biz özümüzü layiqincə qorumağı bacarırıq", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Müsahibə zamanı Prezident İlham Əliyev Fransa prezidentliyinə namizədin Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib: "Prezidentliyə namizəd xanım Pekresin Azərbaycan ərazisinə bu təxribat xarakterli səfəri, ilk növbədə, Prezident Makrona qarşı edilən səfər idi. Mən, sadəcə olaraq, təəccüb edirəm ki, Prezident Makron müharibə zamanı Ermənistana dəstək verən ən qabaqcıl siyasətçi idi və hətta məsələ o yerə çatmışdı ki, Fransa-Azərbaycan əlaqələri də artıq sual altına düşmüşdü. Buna baxmayaraq, bütün müharibə dövründə o, birmənalı şəkildə Ermənistan tərəfini tuturdu. Mən təəccüb edirəm ki, Paşinyan tərəfindən indi nə dərəcədə nankorluq göstərilir, ona əsas rəqib olan xanım Pekres Qarabağa göndərilir və beləliklə, erməni səslərinin qazanılmasında onun daha böyük imkanları yaranır. Yəni məni təəccübləndirən budur. İkincisi, bir daha demək istəyirəm ki, bu, heç nəyi dəyişməyəcək".

"Prinsipcə siz də, yəqin Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, müharibə dövründə və müharibədən sonra bu üç ölkə necə davranış sərgiləyirdi. Rusiya siyasi nöqteyi-nəzərdən tam neytral mövqe nümayiş etdirirdi. Amerikadakı Tramp administrasiyası ümumiyyətlə, bu məsələ ilə məşğul olmaq fikrində deyildi. Müharibə Tramp administrasiyasının məhz son aylarına təsadüf etdiyi üçün biz Amerika tərəfinin hər hansı bir mövqeyini görmədik. Avropa İttifaqı rəhbərlik səviyyəsində həm Ermənistan, həm Azərbaycan rəhbərliyi ilə telefon təmaslarında olmuşdur. Fransa isə birmənalı Ermənistan mövqeyini müdafiə edirdi. Azərbaycana qarşı əsassız ittihamlar ifadə edirdi və əlbəttə ki, hər iki parlamentin palatasının qondarma "Dağlıq Qarabağ respublikası"nı tanıması Fransa-Azərbaycan əlaqələrinə çox böyük zərbədir. Müharibədən sonra isə müəyyən müddət bu siyasət davam edirdi. Ancaq sizin sualınıza qayıtdıqda deyə bilərəm ki, Fransa da müharibənin nəticələrini qəbul edib və Prezident Makronun təşəbbüsü ilə keçən ay Brüsseldə üçtərəfli görüş keçirilmişdir. Bu görüş, eyni zamanda, Fransa-Azərbaycan əlaqələri üçün önəmli idi. Çünki biz bir çox məsələləri Prezident Makronla aydınlaşdırdıq.

Prezident Laçın dəhlizi məsələsinə də toxunub: "Laçın dəhlizi bizim nəzarətimizdədir, orada istənilən maşını saxlaya bilərik. Sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün hesab edirəm ki, biz daha geniş prizmadan yanaşmalıyıq və əlbəttə ki, qıcıq doğuran məqamlar az deyil. Amma, eyni zamanda, onların müsbət funksiyalarını da qeyd etməmək ədalətsizlik olar. Onlar indi önəmli funksiyanı yerinə yetirirlər. Eyni zamanda, onlar Kəlbəcər, Laçın rayonlarına bizim həm hərbçilərimizin, həm də yüklərin göndərilməsini və daşınmasını müşayiət edirlər və prinsipcə deyə bilərəm ki, mən onların ümumi fəaliyyətinə müsbət yanaşıram".

Qıcıq doğuran məsələlərə toxunan Prezident İlham Əliyev qeyd edib ki, dəfələrlə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir. Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılıb. Bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair. "Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokommisar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə.

Prezident İlham Əliyev "Zəngəzur dəhlizi" məsələsinə də aydınlıq gətirib: "Zəngəzur dəhlizi" termininin müəllifi mənəm. Hava məkanından istifadə etmək məsələsinə gəldikdə, onu da bildirməliyəm ki, biz bu dəhlizdən Ermənistandan icazə almadan istifadə etdik. Bunu hər kəs bilsin, biz onlardan icazə almamışıq, bu, bizim hüququmuzdur, bu, beynəlxalq dəhlizdir. Dünya aviasiya sistemində qaydalar var, yəni, mövcud olan dəhlizdən istifadə etmək olar. Biz qərara gəldik ki, bundan da istifadə edək, Zəngəzur dəhlizinin hava versiyasını həyata keçirək. Naxçıvana uçan təyyarələr həm vaxta, həm də yanacağa qənaət edirlər. Amma əsas məsələ, əlbəttə ki, bu deyil. Əsas məsələ artıq bu dəhlizi açmaq idi".

Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan tərəfi bu Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır: "Bilmirəm, nəyə görə? Amma deyə bilərəm ki, bu terminin - təvazökarlıqdan uzaq olsa da, - müəllifi mənəm, çünki bu onun tarixi adıdır. İkincisi, biz bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmırıq. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Bizim planımızda var, gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkilsin. Çünki bizim elektrik enerjisi ilə bağlı çox böyük ixrac planlarımız var. Mən qeyd etdim ki, sabah 240 meqavatlıq külək elektrik stansiyasının təməli qoyulacaq. Cəbrayıl rayonunda 240

meqavatlıq yeni günəş stansiyasının tikintisi ilə bağlı xarici investorlar artıq bizə rəsmən müraciət edib. Xudafərin, Qız qalasında biz 140 meqavat elektrik enerjisi əldə edə bilərik. Kəlbəcər və Laçında isə 10 min meqavata yaxın potensial var, külək və enerji gücləri almaq imkanımız var. Ona görə biz elektrik xətləri də nəzərdə tuturuq. Ondan sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin. Bir xətt Qafandan, bir xətt Mehridən keçə bilər. Bir xətt Qarakilsədən keçə bilər, onlar Sisyan adlandırırlar. Ona görə Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir. Ermənistan tərəfi, bildiyiniz kimi, ilkin mərhələdə həm bu söz ifadəsinə etiraz edirdi, həm də ki, bütövlükdə buna etiraz edirdi. Hətta bu gün də belə Ermənistan siyasi məkanında bu dəhlizin Ermənistan üçün əlverişsiz olması ilə bağlı fikirlər var".

Ermənilərin, onların havadarlarının "ölünü diriltmək cəhdləri" heç nəyi dəyişməyəcək. Müharibə bitdikdən dərhal sonra işğaldan azad edilmiş Qarabağda, erməni vandalları tərəfindən tamamilə dağıdılaraq məhv edilmiş şəhər və kəndlərimizdə quruculuq -bərpa işləri sürətlə davam edir. Bu bizim Ermənistana və onun havadarlarına verdiyimiz ən gözəl cavabdır.

 

Rüstəm Hacıyev

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.