İlham Əliyevdən Aİ Şurasının yeni Prezidentinə təbrik məktubu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti kimi fəaliyyətə başlaması münasibətilə Antonio Koştanı təbrik edib.
Adalet.az xəbər verir ki, dövlətimizin başçısı təbrik məktubunda qeyd edib: “Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri geniş gündəliyə malikdir və enerji, o cümlədən yaşıl enerji, nəqliyyat, ticarət və digər sahələri əhatə edir. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rolu danılmazdır.
İnanıram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqun, iqtisadi-ticari əməkdaşlığın və mədəni mübadilələrin qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da inkişaf etməsi, konstruktiv tərəfdaşlığımızın möhkəmlənməsi üçün birgə səylər göstərəcəyik”.
Prezident İlham Əliyev Antonio Koştaya qarşıdakı məsul fəaliyyətində uğurlar arzulayıb.
Digər Xəbərlər
10 Dekabr 2025 11:59
"Minimum əməkhaqqı anlayışı beynəlxalq tələblərə uyğunlaşdırılıb" - Nazir müavini
10 Dekabr 2025 11:32
İlham Əliyev Ksaba Leykonu qəbul etdi - FOTOLAR
10 Dekabr 2025 10:41
“Azərbaycan Avropa ilə əməkdaşlığı inkişaf etdirməlidir...” - Politoloq
10 Dekabr 2025 10:41
"Belə bir sənədin altına imza atmaq..."
10 Dekabr 2025 10:18
Nazir ABŞ Ticarət Departamenti katibinin müavinləri ilə görüşüb
10 Dekabr 2025 09:00
Uiston Çercill: "Ləyaqətini itirəndə özünüdə itirirsən..."
09 Dekabr 2025 21:50
İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı - FOTOLAR
09 Dekabr 2025 18:10


Bakı -°C

