İmamoğlu hakim qarşısına çıxarıldı - FOTO

Bu gün İstanbul Böyük Şəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu Silivridə hakim qarşısına çıxarılıb.
Adalet.az “Cumhuriyet”ə istinadən xəbər verir ki, məhkəmə prosesi İmamoğlunun İstanbulun baş prokuroru Akın Gürlek və ailəsinə qarşı səsləndirdiyi ifadələrə görə “hədə” və “terrorizmlə mübarizə aparan şəxsləri hədəf göstərmə” ittihamları üzrə keçirilib.
Prosesdə İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu, oğlu Selim İmamoğlu, millət vəkilləri də iştirak edib. Məhkəmə iyunun 16-na təxirə salınıb. Sözügedən ittiham üzrə İmamoğluna 7 il 4 aya qədər həbs tələb olunub.
Türkiyə mediasında İstanbulun sabiq merinin məhkəmə zalından görüntüsü də yayılıb.
Xatırladaq ki, martın 23-də Ə.İmamoğlu haqda İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs qərarı verilib. Daha sonra, Türkiyə Daxili İşlər Nazirliyi merin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb. Bildirilib ki, qərar müvəqqəti xarakter daşıyır və istintaq müddətini əhatə edir.
Digər Xəbərlər

Ukraynaya 900-dən çox hərbçinin meyiti qaytarıldı

İrəvan rus kanallarının yayımının məhdudlaşdırmaq istəyir

Paşinyan yenə Putini "vurdu":"Təcavüzçü"

"Nüvə proqramı ilə bağlı razılığa gəlmək mümkündür" - İran XİN rəhbəri

"Rusiya-İran münasibətləri bütün dünyaya bir siqnaldır" - Əraqçi

Putin Xameniyə məktub göndərib

Zelenskiyə "faiz" iradı tutan Trampın düşən reytinqi: Ən çox qadınlar...
