"İmperialist keçmişi olan ölkələr diqtə etməyə davam etmək istəyir" - Prezident
![](https://adalet.az/uploads/img/posts/2025/02/12/15jpg-1739341654.jpg)
Bizim mövqeyimiz ondan ibarətdir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz.
Adalet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.
Dövlət başçısı bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbinin imperialist keçmişə malik ölkələrin diktə etməyə davam etmək istəyi ilə bağlı olduğunu bildirib:
"Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diqtə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır".
O, qeyd edib ki, Azərbaycan özünü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olub:
"Biz özümüzü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olduq. Lakin heç də hər bir ölkə bunu etmək üçün potensiala malik deyil. Əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, o zaman sözsüz ki, onun müqavimət göstərmək və öz milli maraqlarını müdafiə etmək üçün daha az imkanı olacaq. İqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar - bunlar hamısı birlikdə Azərbaycanı bizim layiq olduğumuz yerə gətirib çıxardı".
Digər Xəbərlər
![](https://adalet.az/uploads/img/posts/2025/02/12/9jpg-1739353562.jpg)
İlham Əliyevin Somali Prezidenti ilə geniş tərkibdə görüşü olub
![](https://adalet.az/uploads/img/posts/2025/02/12/Fotoramio (11)jpg-1739351489.jpg)
Şahramanyanın tələbi:"Artsaxa Qarabağ deyən spiker üzr istəsin"
![](https://adalet.az/uploads/img/posts/2025/02/12/6jpg-1739348702.jpg)
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər
![](https://adalet.az/uploads/img/posts/2025/02/12/2jpg-1739347685.jpg)
Azərbaycanla Somali arasında imzalanmış 4 sənədin mübadiləsi olub - YENİLƏNİB
![](https://adalet.az/uploads/img/posts/2025/02/12/1jpg-1739347648.jpg)
İlham Əliyevin Hasan Şeyx Mahmud ilə təkbətək görüşü oldu
![](https://adalet.az/uploads/img/posts/2025/02/12/38jpg-1739346166.jpg)
Somali Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
![](https://adalet.az/uploads/img/posts/2025/02/12/18jpg-1739342070.jpg)
"Üzərinə bu yükü götürən ölkələrin məsuliyyəti daha çox iş görməkdir"
![](https://adalet.az/uploads/img/posts/2025/02/12/17jpg-1739342000.jpg)