İmran Xanı qorumaq üçün xüsusi polis bölməsi yaradılıb
Pakistanda dövlət sirri barədə qanunu pozmaqda ittiham olunan ölkənin sabiq baş naziri İmran Xanı məhkəmə iclasında qorumaq üçün xüsusi polis bölməsi formalaşdırılıb.
Adalet.az xəbər verir ki, müxalif “Ədalət Uğrunda Hərəkat” partiyasının lideri İmran Xanın həyatına təhlükə ilə bağlı gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.
Dinləmələr İslamabad şəhərindəki Federal Məhkəmə Kompleksində keçiriləcək. İmran Xan məhkəməyə zirehli avtomobillər də daxil olmaqla, maşın karvanının müşayiəti ilə gətiriləcək. Kompleksə gedən yollara polis kontingenti yerləşdiriləcək. Federal məhkəmə kompleksinə yaxın ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bir müddət öncə Pakistan paytaxtının Ali Məhkəməsi ölkənin sabiq baş naziri İmran Xana və sabiq xarici işlər naziri Şah Mahmud Qureşiyə qarşı məhkəmə prosesini qanunsuz və etibarsız elan edərək onların açıq dinləmələrdə mühakimə olunmasına göstəriş verib.
İmran Xana qarşı təhqiqat onun 2022-ci il martın 27-də Pakistanın Vaşinqtondakı səfirindən şifrəli teleqram aldığını elan etməsindən sonra başlayib. Sabiq Baş nazirin sözlərinə görə, ABŞ nümayəndələri diplomatik missiyanın rəhbəri ilə söhbətində 2022-ci ilin fevralında Moskvaya səfəri zamanı nümayiş etdirdiyi Rusiya yönümlü mövqeyinə görə hökumət başçısının hakimiyyətdən uzaqlaşdırılmalı olduğunu tövsiyə edib.
Qeyd edək ki, İmran Xan 2022-ci ilin aprelində parlamentin aşağı palatasının etimadsızlıq səsverməsi nəticəsində Baş nazir postundan kənarlaşdırılıb. Bu vəzifədə İmran Xanı əvəzləyən Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif Birləşmiş Ştatların ölkədə rejim dəyişikliyinə heç bir təsir göstərmədiyini deyib./AZƏRTAC
Digər Xəbərlər
18 Sentyabr 2026 21:00
Kadırovun üzündən oxuya bilməyən oğlu biabır oldu - VİDEO
18 Sentyabr 2026 17:41
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
18 Sentyabr 2026 16:52
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
18 Sentyabr 2026 15:10
Paşinyan Hessen Sülh Mükafatına layiq görüldü - YENİLƏNİB
18 Sentyabr 2026 13:28
Ayıların hücumlarına görə - Komendant saatı elan etdilər
18 Sentyabr 2026 10:38
İstanbul 2027-ci ildə “İspaniya Super Kuboku”na ev sahibliyi edəcək - FOTOLAR
18 Sentyabr 2026 09:41
Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
17 Sentyabr 2026 21:00


Bakı -°C

