İnam Kərimov Məhkəmə-Hüquq Şurasının iclasını keçirdi

2025-ci ilin mayın 14-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Adalet.az xəbər verir ki, iclasda hakim vəzifəsinə namizədlərin seçim prosesinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanan layihə ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın yenidən işlənilmiş layihəsi müzakirə edilib.
Daha sonra Hakimlərin Seçki Komitəsinə yeni üzv seçilməsi məsələsinə baxılıb.
İclasda həmçinin görülmüş işlər, qarşıda duran vəzifələr diqqətə çatdırılıb, məhkəmə fəaliyyətinə dair məruzələr dinlənilib, intizam icraatı üzrə işlərə və kadr məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.
Sonda təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiklərinə görə fəxri fərmanla təltif ediliblər.
Digər Xəbərlər

"Ermənistan ordusu beş nəfərdən ibarət ailəni vəhşicəsinə qətlə yetirdi" - Zərərçəkmiş

Baş prokurorun müavini: Azərbaycan korrupsiyaya qarşı mübarizədə qlobal mərkəzə çevrilir

Kamran Əliyev yeni Hərbi prokuroru kollektivə təqdim etdi - FOTOLAR

Ruben Vardanyanın məhkəməsi davam etdirilib - YENİLƏNİB + FOTOLAR

"Şərurlu İsfəndiyar"ın həbs olunması üçün vəsatət verildi - YENİLƏNİB

MƏHKƏMƏ: Başlıbel əhalisinin məhvinin şahidi olanlar ifadə veriblər - YENİLƏNİB + FOTOLAR

"Yaşlı kişini yandırmışdılar, sadəcə, başı qalmışdı" - Başlıbel faciəsinin şahidi
