adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Yanvar 2022 14:08
748
İDMAN

İndi şahmat məhv olub

Şahmat üzrə 11-ci dünya çempionu Bobbi Ceyms Fişer 17 yanvar 2008-ci ildə dünyasını dəyişib. Fişer 1972-ci ildə Reykyavikdə baş tutan yarışda Boris Spasskini 12½:8½ hesabı ilə məğlub edərək Dünya çempionu adını qazandı. Tarixdə ilk dəfə qaliblik mükafatı 250 min dollara qalxmışdı. Fişerin bu qələbsindən sonra onu ABŞ-da qəhrəman kimi qarşıladılar və ABŞ-ın prezidenti onu hətta Ağ evə nahara dəvət etdi. Amma Fişer bu nahardan imtina edərək demişdir: “Yeməyi çeynəyən zaman hamının ağzıma baxmağına nifrət edirəm”. Əfsanəvi şahmatçı Bobbi Fişer davamlı olaraq deyirmiş ki, şahmat darıxdırıcı oyuna çevrilir: “Ötən əsrin 20-ci illərində Kuba qrossmeysteri Kapablanka bəyan etdi ki, şahmat artıq öz rolunu oynayıb qurtarıb. O, düz deyirmiş. İndi şahmat məhv olub. Yaddaşdan və hazırlıqdan əsər-əlamət yoxdur. Oyunlar həddindən artıq miskindir, kreativlik yoxdur ”.

Şahmat üzrə 8-ci Dünya çempionu Mixail Tal Bobbi Fişerə məğlub olanda maraqlı bir ifadə işlətmişdi: “Eynşteyn nəzəriyyəsinə qarşı oynamaq çətindir”. Fişer şahmatçılar üçün əvəzsiz bir vəsait də hazırladı. İki cildlik kitabın adı belədir: "Bobbi Fişerin 744 partiyası".

Etibar Əliyev