İnək oğrusu həbs edildi
Kürdəmirdə iribuynuzlu heyvanlar oğurlayan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Kürdəmir rayonu Carlı kəndi ərazisində yerləşən otlaq sahəsindən iribuynuzlu heyvanlar oğurlayan Oğuz rayon sakini Şəmi Muradov saxlanılıb.
Araşdırmalar zamanı adıçəkilən şəxsin kənd sakinlərinə məxsus 11 baş iribuynuzlu heyvanı oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 26000 manat maddi ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
03 Oktyabr 2026 11:46
Polis bir gündə 57 nəfəri saxladı
02 Oktyabr 2026 11:47
Qaxda əməliyyat - İki nəfər həbs edildi
01 Oktyabr 2026 18:17
5 milyonluq şəbəkənin üzvləri saxlanıldı - KMBİ-dən əməliyyat - VİDEO
01 Oktyabr 2026 10:24


Bakı -°C

