İnsan alveri ilə məşğul olan transmilli mütəşəkkil dəstənin üzvü həbs edildi - VİDEO
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 49 yaşlı Rima Gülaliyeva həbs edilib.
Adalet.az-ın məlumatına görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, o, xarici ölkələrin birində şəxsiyyəti konfidensial saxlanılan Azərbaycan Respublikasının vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur.
R. Gülaliyeva tamah məqsədilə transmilli mütəşəkkil dəstənin xarici ölkə vətəndaşları olan üzvləri ilə cinayət əlaqəsinə girərək qadınları aldadıb dövlət sərhədindən keçirməklə xarici ölkəyə aparıb. Zərərçəkmiş şəxslər hədə-qorxu və məcburetmə yolu ilə nəzarətdə saxlanılıb, onların ümumvətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar.
İstintaqla həmçinin müəyyən edilib ki, R. Gülaliyeva qadınları xarici dövlətin ərazisində ailə qurmaq adı ilə həmin ölkənin kişi vətəndaşlarına 6 000 və 8 000 ABŞ dollarına satıb. Bundan sonra o, həmin qadınlara toy hədiyyəsi kimi verilən qızıl-zinət və digər dəyərli əşyaları götürərək oradan qaçmalarını tapşırıb.
Toplanmış sübutlar əsasında başlanmış cinayət işi üzrə R. Gülaliyeva təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Transmilli mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, insan alveri cinayətlərindən zərərçəkmiş şəxslər DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə və ya 152 qaynar xəttinə müraciət edə bilərlər. Müraciət edən şəxslərin konfidensiallığı tam təmin olunur.
Digər Xəbərlər
20 Fevral 2026 17:03
Bakıda qaraçı qadınlar hicab bağlayıb marketi taladı - VİDEO
20 Fevral 2026 10:41
Bakıda şirkətin anbarından 10 min manatlıq oğurluq edilib
20 Fevral 2026 09:36
Qaradağda tarixi-mədəni abidələrə ziyan vurdular - VİDEO
19 Fevral 2026 17:15
Kredit götürmək istədi - Dələduzların qurbanı oldu
19 Fevral 2026 15:18
Sosial şəbəkələrdə narkotik vasitələr satanlar tutuldu - VİDEO
19 Fevral 2026 13:15
Qohumunun evindən oğurluq edən şəxs saxlanılıb - VİDEO
19 Fevral 2026 11:31
Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
19 Fevral 2026 10:54


Bakı -°C

