adalet.az header logo
  • Bakı -°C
20 Fevral 2026 18:20
57
ELM VƏ TƏHSİL
A- A+

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

Fevralın 25-i saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Adalet.az-a bildirilib ki, yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları və 1-10-cu sinifləri əhatə edəcək.

Şagirdlərin yerdəyişməsi www.sy.edu.az  portalı vasitəsi ilə elektron formada həyata keçirilir.

Qeyd edək ki, fevralın 25-dən 11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 9-cu sinif üzrə yerdəyişmə prosesi martın 5-i saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.