Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
Milli Məclisin yaz sessiyası üzrə fevralın 24-də keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.
Adalet.az xəbər verir ki, Milli Məclisin fevralın 24-də keçiriləcək plenar iclasının gündəliyinə 10 məsələ daxil edilib:
1. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə.
2. "Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
3. "İnvestisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
4. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
5. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
6. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
7. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
8. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
9. "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
10. "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
Digər Xəbərlər
08 Aprel 2026 11:39
“İrana anlatdılar ki, daha proksilərlə bizə zəmin yaratmağa ehtiyac qalmayıb...”
08 Aprel 2026 11:35
İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul etdi - FOTOLAR
08 Aprel 2026 11:30
“İranda da qəzəblə, nifrətlə, kinlə xalqı ram etməyin mümkün olmadığını anladılar”
08 Aprel 2026 11:24
“Bu, ikitərəfli atəşkəs olacaq” – Hərbi ekspert
08 Aprel 2026 11:11
Rəsmi Bakı: ABŞ və İran arasında elan edilmiş atəşkəsi alqışlayırıq
08 Aprel 2026 10:59
ABŞ İranı kaputilyasiya sənədinə imza atdıra bilmədi – Politoloq
08 Aprel 2026 10:47
“Ermənistanla Pakistan arasında təmasların artmasından Azərbaycan narahat deyil...”
08 Aprel 2026 09:33


Bakı -°C

