“International Journal of Multiculturalism” jurnalının növbəti sayı dərc olunub
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “International Journal of Multiculturalism” (“Beynəlxalq Multikulturalizm Jurnalı”) adlı beynəlxalq elmi jurnalının sayca altıncı, 2022-ci ildə isə ikinci sayı işıq üzü görüb. Qeyd edək ki, ildə iki dəfə ingilis dilində nəşr olunan jurnalın saytı da (http://bimc-ijm.com/index.aspx) fəaliyyət göstərir.
Bütün beynəlxalq standartlara cavab verən “International Journal of Multiculturalism” jurnalı regionda bu istiqamətdə ilk elmi nəşr sayılır. Elmi nəşrin redaksiya heyəti bu sahədə tanınmış xarici mütəxəssislərdən formalaşıb. Jurnalın altıncı sayında bir sıra xarici və yerli araşdırmaçı alimlərin – Elizabet J. Sandell, Luz Carime Bersh, Aminul İslam, Seden Kurtuluş, Ahmet Nazmi Üste, Ülviyyə Hacıyeva, Ahmet Gholinin “Məktəbəqədər təhsil müəssisələrində dərs deyən müəllimlərin tədris prosesində mədəniyyətlərarası dialoqun təbliği və təsiri”, “Estoniyanın Tallin şəhərində əcnəbi tələbələr arasında etno-mədəni xüsusiyyətlərin təhlili”, “Qafqaz Albaniyasının dini simvolizmi”, “Bolqarıstanda dominant etnosda və etnik azlıqlarda Türkiyə anlayışı” və digər mövzularda məqalələri yer alıb.
Məlumat üçün bildirək ki, jurnalda elmi məqalələrlə çıxış etmək istəyən araşdırmaçı alimlər yazılarını bimc-ijm.com ünvanına göndərə bilərlər. “International Journal of Multiculturalism” jurnalının PDF variantı həm BBMM-in, həm də jurnalın saytında yerləşdirilr.
Digər Xəbərlər
18 Sentyabr 2026 15:37
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir
18 Sentyabr 2026 10:24
Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi birgə kadr hazırlığına başladı
16 Sentyabr 2026 17:50
Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olundu
16 Sentyabr 2026 11:05
Nazir ƏMR İMZALADI: Yeni dərs ilində...
16 Sentyabr 2026 10:20
“Birinci sinfə gələn uşağın artıq illərlə formalaşmış dil təcrübəsi var”
15 Sentyabr 2026 16:20
LDU-da yeni tədris ilinə start verildi
15 Sentyabr 2026 12:35
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 Sentyabr 2026 12:12


Bakı -°C

