İnterpola yeni rəhbər seçildi
Birləşmiş Ərəb Əmirliyinin generalı Əhməd Nəsir ər-Rəisi İnterpolun yeni prezidenti seçildi. Bu barədə təşkilatın Twitter səhifəsi məlumat yayıb.
"Birləşmiş Ərəb Əmirliyinin generalı cənab Əhməd Nəcir ər-Rəisi İnterpolun prezidenti vəzifəsinə seçilib ( 4 il müddətinə).
Xatırladırıq ki, 2018-ci ildən bu vəzifəni Cənubi Koreyalı Kim Con Yan tutur.
Rüstəm Hacıyev