"İpoteka verilən kimi işbazlar evlərin qiymətlərini qaldırırlar" - Deputat
"Kəndə qayıdan insanlara güzəştli kreditlər verilməlidir. Fevral ayından ipoteka kreditlərinin verilməsinə başlanılır. Dərhal işbazlar və mənzil satanlar evlərin qiymətlərini qaldırırlar".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.
"Bilirlər ki, insanlar ipoteka kreditləri ilə evlər alacaqlar. Burada da rayonların üstünlük təşkil etməsinə nəzarət etməliyik. Rayonlarda ipoteka daha çox verilsin. Kənddə dərs deyən müəllimlərə güzəştlər olunsun ki, ipotekada istifadə edib ev ala bilsinlər", - deyə deputat bildirib.
O qeyd edib ki, Bakıda güzəştli mənzillər tikilir: "Hesab edirəm ki, güzəştli mənzillər digər böyük şəhərlərimizdə də tikilməlidir. Xüsusilə sərhəd bölgələrində olan rayonlarımızı qeyd etmək istərdim. Bu rayonlarda da güzəştli şərtlərlə mənzillərin tikilməsinə şərait yaratmalıyıq".
S.Novrzuov qeyd edib ki, orta məkətblərdə imtahanlar həddindən artıq çoxdur.
Digər Xəbərlər
02 Fevral 2026 13:22
“Sağlam düşüncəli və vətəninə bağlı gənclik dövlətin dayağıdır”
02 Fevral 2026 13:15
Gənclərə qayğı dövlət siyasətinin prioritet istiqamətidir
02 Fevral 2026 12:52
“İranın məqsədi başqa iştirakçı dövlətləri də...” – Ədalət Verdiyev
02 Fevral 2026 12:39
Yaxın günlərdə bütün pensiyalar artırılacaq
02 Fevral 2026 12:38
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb
02 Fevral 2026 09:38
“Paşinyan Saakaşvilinin səhvini təkrarlamadı...” – Politoloq
02 Fevral 2026 09:24
Parlamentin yaz sessiyası bu gün İŞƏ BAŞLAYIR
02 Fevral 2026 09:15


Bakı -°C

