adalet.az header logo
  • Bakı -°C
02 Fevral 2026 12:52
139
SİYASƏT
A- A+

“İranın məqsədi başqa iştirakçı dövlətləri də...” – Ədalət Verdiyev

“Çinin iki çox məqsədli esminesi İran və Rusiya ilə birgə təlimlərdə iştirak etmək üçün Oman dənizi istiqamətində hərəkət edir. İranın əsas məqsədi bu təlimlər ilə başqa iştirakçı ölkələri də münaqişəyə cəlb etməkdən ibarətdir. Rusiya və Çin isə İrana görə ABŞ ilə savaşmaq niyyətində deyil”. 

Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. 

O, bildirib ki, təlimlər müttəfiqlik münasibətlərini nümayiş etdirir, amma real olaraq ABŞ-ni narahat etmir:

“İran Türkiyə, Qətər və Azərbaycan tərəfindən verilən təkliflərə diqqətlə yanaşmalıdır, bu təlimlərdən də imtina etməlidir, başqalarını da özü ilə cəhənnəmə yoldaş olaraq sürükləməli deyil. İran mollasının bu dünyada kimsəyə xeyiri dəyməyib. Yəqin ki, o biri dünyada da belə olacaq. ABŞ Suriya ərazisindən İraq Kurdustanına, yəni İrana daha yaxın ərazilərə zirehli texnika və quru qoşunları cəmləşdirir. Bununla da ABŞ İrana havadan, dənizdən və qurudan paralel şəkildə hücum etmək planlarını aşkar şəkildə nümayiş etdirir. Gərginlik artır, İran hələlik geri addım atmır. Tehran əhalisinin 10 faizi üçün sığınacaq hazırlanıb. 83 metro stansiyası bundan artığını yerləşdirə bilməz. Ümumilikdə Təhdid Dövrü davam edir. ABŞ müharibəyə hazırlıq mərhələsini başa çatdırmaq üzrədir. İrana hücum mülki əhalini hədəf almamaq şərtilə, qısa müddətdə, amma hər istiqamətdən yüksək intensivliklə və dəqiq zərbələrlə bir neçə gün davam edəcəyi gözlənilir. İlk zərbə dalğası dənizdən Tomoqavk raketləri ilə başlayacaq, HHM vasitələri sıradan çıxarılandan sonra qırıcılar hava məkanında sərbəst şəkildə vəzifələrini yerinə yetirəcəklər. Bu mərhələdə İran geri addım atmağa məcbur olacaq”.

Vasif ƏLİHÜSEYN