"İqlim dəyişməsi böhran vəziyyətinə gəlib çatıb" - PAİ prezidenti
"Biz parlament üzvləri olaraq Bakı şəhərinin COP29-a gözəl ev sahibliyi üçün təşəkkür edirik. Bu, qlobal əməkdaşlıq üçün gözəl imkan yaradır. Biz burada inklüzivlik və tərəfdaşlıq ruhunda iqlim böhranının öhdəsindən gəlməliyik. Daim çalışırıq ki, beynəlxalq dialoqu gücləndirək, insan hüquqlarını gündəmə gətirək, daha ədalətli dünya quraq".
Adalet.az xəbər verir ki, bunu Tanzaniya Birləşmiş Respublikası Milli Assambleyasının sədri, Parlamentlərarası İttifaqın (PAİ) prezidenti Tulia Akson Bakıda keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, iqlim dəyişikliyi həyatımızın bütün aspektlərinə təsir göstərir: "Biz çalışmalıyıq ki, planetimizi qoruyaraq gələcək nəslə çatdıraq. Son illərdə dünyada bir çox aşırı hava şəraitləri yaşanıb. İqlim dəyişməsi məsələsi doğrudan da böhran vəziyyətinə gəlib çatıb. Dünyanın müxtəlif regionlarında meşə yanğınları, infrastrukturun dağıdılması, təbii fəlakətlər baş verib və nəticədə 30 milyona yaxın insan məcburi köçkünə çevrilib”.
Digər Xəbərlər
17 Noyabr 2026 18:28
Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
17 Noyabr 2026 16:43
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17 Noyabr 2026 16:41
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq
17 Noyabr 2026 15:52
Kommersiya daşımalarını həyata keçirən təyyarələrin ekipajının iş qrafiki belə olacaq
17 Noyabr 2026 15:29
Azərbaycanda yeni sosial islahat mərhələsi başlayır – Nazir
17 Noyabr 2026 15:26
Bu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur
17 Noyabr 2026 11:21
DTX Dirçəliş Günü münasibətilə paylaşım edib - FOTO
17 Noyabr 2026 08:06


Bakı -°C

