"İqlim məsələləri ilə bağlı bütün ölkələr səylərini birləşdirməlidir" - Sadır Japarov
Qırğızıstan Prezidenti Sadır Japarov iqlim böhranının kəskinləşməsi fonunda dünya birliyini əlaqələndirilmiş və yaxşı maliyyələşdirilən iqlim fəaliyyətinə çağırıb.
Adalet.az xəbər verir ki, o, bunu Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitində çıxışı zamanı bildirib.
S.Japarovun sözlərinə görə, yalnız koordinasiyalı iş Paris Sazişinin məqsədlərinə çatmağa kömək edəcək.
"İqlim məsələləri ilə bağlı bütün ölkələr kiminləsə ikitərəfli münasibətlərindən asılı olmayaraq səylərini birləşdirməlidir. Biz iqlim maliyyələşdirilməsi üzrə yeni kollektiv hədəfin erkən qəbulunu dəstəkləyirik, inkişaf etmiş ölkələri inkişaf etməkdə olan ölkələrə yardımın həcmini 2 trilyon ABŞ dollarına qədər artırmağa və bu maliyyə vəsaitinə asan çıxışı təmin etməyə çağırırıq", - o bildirib.
S.Japarov xatırladıb ki, Qırğızıstan xarici borcun davamlı və yaşıl inkişaf layihələrinə dəyişdirilməsi mexanizmi ilə bağlı təşəbbüs irəli sürüb. "Qırğızıstan bərpa olunan enerji sahəsində bir sıra layihələr həyata keçirir. Biz qonşu ölkələrlə birlikdə regionda ən böyük “Kambarata” SES-in tikintisi layihəsinə başlamışıq", - o qeyd edib.
Qırğızıstan lideri həmçinin buzlaqların intensiv əriməsi, səhralaşma və su ehtiyatlarının azalması fonunda su resurslarından səmərəli istifadənin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, su ehtiyatlarının hər il azalması energetika, təhlükəsizlik, iqtisadiyyat və s. sahələrə mənfi təsir göstərir.
Digər Xəbərlər
24 Sentyabr 2026 09:13
“Ermənistan qanunsuz istismara görə məsuliyyət daşıyır və buna görə cavab verməlidir”
24 Sentyabr 2026 00:46
"TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək"
23 Sentyabr 2026 20:20
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
23 Sentyabr 2026 20:08
Nyu-Yorkda Azərbaycan-Belarus strateji tərəfdaşlığı müzakirə olunub
23 Sentyabr 2026 19:24
Ceyhun Bayramovla Serbiyanın XİN rəhbəri ikitərəfli tərəfdaşlığı müzakirə ediblər
23 Sentyabr 2026 18:23
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
23 Sentyabr 2026 17:47
Ceyhun Bayramov Mərkəzi Afrikalı həmkarı ilə görüşdü
23 Sentyabr 2026 17:21


Bakı -°C

