adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 May 2023 19:47
1509
MEDİA

İradə İsak: “Başımı qoyub ölsəm, qızım yiyəsiz qalmasın”

“Kişilər corabını axtarıb tapa bilməyən varlıqdırlar”.

Adalet.az xəbər verir ki, bu fikirləri tanınmış aparıcı İradə İsak səsləndirib.

Onun sözlərinə görə, ərə getmək qadına heç sərfəli deyil. Özündən başqa insanların məsuliyyətlərini çiyninə almaqdır bu. Bütün gün bişir, yu, yığ, bir kişi özü ilə qurur duysun deyə tez uşaq doğ, onu böyüt, hələ icazə versə, başqa işdə də işlə. Yəni özünü başqası üçün ərit. Nikahda tək irəli düşən kişidir. Paltarı təmiz, evi səliqəli, qarnı tox, nəsli də davam edəcək. Bəs niyə kişilər yox, qadınlar çox can atır evliliyə? Niyə? İlkəl instinkt. Yiyəsiz olmasın, başının sahibi olsun deyə! Çünki bir qadın kimi uşaqlıqdan beyinlərə yeridilib: "Sən zəifsən, sənin başının üstündə bir kişi yoxdursa, sahibin yoxdursa, tez yox olarsan". Ən təhsilli qadın da belə düşünür buralarda.

Kişilərin gücü olsa-olsa bircə əzələdədir, onlar daha ağır yük qaldıra bilir, daha möhkəm zərbə vura bilir, vəssalam. Uşaqlara baxın, qızlar oğlanlardan daha duyarlıdır, daha ağıllıdır, daha tez danışır, daha tez anlayır, daha çevik və şəndirlər. Bu mif bircə dəfə dağılsa, qadınlar sosial güc nisbətini dəyişə bilər.

İradə İsak 13 yaşlı qızın 37 yaşlı kişiyə ərə verilməsi mövzusuna da toxunub.

“13 yaşında qızın da anası belə deyir. "Başımı qoyub ölsəm, qızım sahibsiz qalmasın" deyir. Əslində isə durum tam tərsinədir.  Sahibsiz qalmağa gəlincə, əslində kişilər sahibsiz yaşaya bilmir. Boşanınca dərhal kişilər evlənir. Niyə? Kim baxacaq axı ona, ev-eşiyinə. Corabını axtarıb tapa bilməyən varlıqdırlar.

Evin də, həyatının da sahibi əslində qadındır”.

Emin