İran bu ölkələrə xəbərdarlıq göndərdi

İranın Ali dini lideri Ayətullah Əli Xamenei İran silahlı qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.
Adalet.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb. İran rəsmisisinin sözlərinə görə, ölkə İraq, Küveyt, BƏƏ, Qətər, Türkiyə və Bəhreynə ABŞ-nin mümkün hücumuna dəstəyin düşmənçilik hərəkəti sayılacağına dair bildirişlər göndərib. Bura onların ərazisindən hücumlar üçün istifadə daxildir.
Eyni zamanda, İran və ABŞ arasında dolayı danışıqlar tezliklə başlanacağı da istisna edilməyib. Bunun üçün Vaşinqtondan siqnal lazımdır.
Digər Xəbərlər

Gənc alimin cəsədi parçalanmış halda TAPILDI

CHP marjinal bir təşkilat kimi fəaliyyət göstərir - Ərdoğan

"İrəvan Bakının şərtlərini yerinə yetirsə, münasibətlər normallaşacaq" - Ankara
