08 Aprel 2025 15:45
370
DÜNYA

"İrəvan Bakının şərtlərini yerinə yetirsə, münasibətlər normallaşacaq" - Ankara

Ankaranın İrəvanla münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlar Ermənistanın Azərbaycanın sülh müqaviləsini imzalamaq şərtlərini yerinə yetirməsi ilə bağlıdır.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin baş müşaviri Çağrı Erhan bildirib.

O, Ermənistanın Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini tanıması və sülh müqaviləsi imzalaması ilə Ankara və İrəvan arasında münasibətlərin normallaşmasının mümkün olduğunu vurğulayıb.