İran müharibə başlayandan İsrail və ABŞ-nin 127 dronunu zərərsizləşdirib
İsrail və ABŞ-nin İrana qarşı müharibə başlatdığı gündən bəri İslam Respublikası ölkə səmasında qarşı tərəfin 127 dronunu zərərsizləşdirib.
Adalet.az-ın "Tasnim"ə istinadən xəbərinə görə, bu barədə İran ordusu məlumat yayıb.
Bildirilib ki, son saatlarda Tehran səmasında daha bir hücum dronu "hər hansı döyüş əməliyyatı həyata keçirmədən" vurulub.
"Son məcburi müharibənin başlanğıcından indiyədək 127 ədəd müxtəlif növ qabaqcıl pilotsuz uçuş aparatı ölkənin Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edilib", - məlumatda vurğulanıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Digər Xəbərlər
22 Mart 2026 09:58
Britaniyanın nüvə sualtı qayığı Ərəb dənizindədir
22 Mart 2026 09:26
"Hörmüz boğazı 48 saat ərzində açılmasa..." - Tramp İranı hədələdi
21 Mart 2026 15:31
Katolikos II Qareginin Ermənistandan çıxışına icazə verilməyib
21 Mart 2026 14:18


Bakı -°C

