“Müharibənin davamı bölgədə yeni qaçqın axınına səbəb olacaq”
“Pakistan Ramazan bayramı ilə əlaqədar Əfqanıstanda həyata keçirdiyi hərbi əməliyyatları müvəqqəti olaraq dayandırıb. İslamabad Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin atəşkəslə bağlı müraciətlərinə müsbət cavab verib. Atəşkəsin uzun çəkəcəyini söyləmək çətindir, bayramdan sonra iki ölkə arasında döyüşlərin yenidən başlayacağı ehtimalı yüksəkdir. Asiyada ən böyük gərginlik uzun illər Hindistanla Pakistan arasında olub. İki ölkə arasında bir neçə dəfə müharibə olub, on minlərlə insan həlak olub, yüzminlərlə insan qaçqına çevrilib. Hindistanla Pakistan arasında Kəşmirə görə ara-sıra yenə də münaqişə baş verir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, ancaq artıq Pakistanla Əfqanıstan arasında tez-tez baş verən toqquşmalar Hindistan-Pakistan gərginliyini arxada qoyub:
“Bunun səbəblərindən biri hər iki ölkənin nüvə silahına malik olması və müxtəlif növ hərbi təyyarələrə malik olmalarıdır. Güclər təxminən bərabərdir. Pakistan-Əfqanıstan müharibəsində isə İslamabad havada üstünlüyə malikdir. Əfqanıstanın qırıcı təyyarələri yoxdur, hava müdafiə sistemləri zəifdir. Pakistan bundan istifadə edərək Əfqanıstan ərazisindəki silahlı qrupların mərkəzləşdiyi yerlərə zərbələr vurur. Taliban paytaxt Kabili ələ keçirdikdən sonra iki ölkə arasında gərginlik daha da artıb. Halbuki, Taliban vaxtilə elə Pakistan ərazisində formalaşıb”.
Onun sözlərinə görə, Pakistanla Əfqanıstan arasında gərginliyin iki səbəbi var:
“Birinci səbəb Pakistan və Əfqanıstan arasında 2600 kilometrlik Durand Xəttidir. Əfqanıstan vaxtilə ingilis müstəmləkiçələrinin müəyyənləşdirdiyi bu xətti mübahisəli hesab edir. İki ölkə arasındakı gərginliyin ikinci səbəbi Əfqanıstan ərazisindəki Pakistan hakimiyyətinə müxalif olan silahlı qrupların varlığıdır. Bu iki məsələ həll olunmadan Pakistanla Əfqanıstan arasında atəşkəslər müvəqqəti xarakter daşıyacaq. Hava üstünlüyü Pakistanın tərəfində olsa da, Əfqanıstanın hərbi gücləri qonşu ölkənin sərhədəki məntəqələrinə hücumlar təşkil etmək gücündədir. Müharibənin davamı bölgədə yeni qaçqın axınına səbəb olacaq”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
22 Mart 2026 11:16
“İranın hakimiyyət sistemi ABŞ və İsrail tərəfindən ələ keçirilib”
22 Mart 2026 10:51
“Ermənilər düzgün seçim etməli, revanşistlərə qətiyyətlə yox deməlidir...”
21 Mart 2026 10:29
“Yaponiya təkbaşına Çinin artan gücü ilə bacarmayacaq...”
20 Mart 2026 13:26
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə etdi
20 Mart 2026 12:20
İlham Əliyev və Şahbaz Şərif telefonla danışdı
19 Mart 2026 17:46
Hikmət Hacıyev siyasi direktorlar ilə fikir mübadiləsi apardı
19 Mart 2026 17:09
İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
19 Mart 2026 13:00


Bakı -°C

