İran polisi bu gəncləri döyüb öldürdü - 440-cı ölüm...
Xəbər verdiyimiz kimi, İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar iki aydan çoxdur davam edir. Bu müddət ərzində ən son məlumata görə, 438 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Ölənlərin arasında 60 yeniyetmə və uşaq da var. 17,5 min nəfərə yaxın şəxs həbs edilib.
Adalet.az "Amerikanın səsi" kanalına istinadən xəbər verir ki, etiraz aksiyalarında növbəti dəfə iki nəfər öldürülüb.
Kanalın məlumatına görə, 16 yaşlı Rza Kazımi və Mahək Haşimi adlı yeniyetmələr hökumət qüvvələrinin açdığı atəş və dəyənək zərbələrindən ölüb., Aksiyada iştirak edən Rza Kazımi noyabrın 21-də güllə yarası aldıqdan sonra xəstəxanaya yerləşdirilsə də yaralarının ağır olma səbəbindən ayın 27-də dünyasını dəyişib.
ی
Mahək Haşimi Şiraz şəhərində etiraz aksiyasına qatıldığına görə möhkəm döyülüb. Noyabrın 25-də xəstəxanaya yerləşdirilsədə yeniyetmə qız noyabrın 27-də vəfat edib.
ط
Qeyd edək ki, etiraz aksiyaları başlayandan İranda bu günə kimi 60-dan çox uşaq hökumət qüvvələri tərəfindən qətlə yetirilib.Bununla bağlı BMT-nin İnsan Haqları Şurası (İHŞ) İranda insan hüquqları pozuntularını araşdırmaq üçün missiyanın yaradılması haqqında qətnamə qəbul edib. Sənəd BMT İHŞ-nin Cenevrədə keçirilən xüsusi sessiyasında müzakirə edilib.
Əntiqə Rəşid
Digər Xəbərlər
03 Oktyabr 2026 17:00
Bakı metrosunda kişi öldü
03 Oktyabr 2026 15:26
Quba-Xınalıq yolunda sürüşmə - 8 kəndlə nəqliyyat əlaqəsi kəsildi
02 Oktyabr 2026 17:10
“Olimp Hospital”da əməliyyat olunan 44 yaşlı kişi öldü
02 Oktyabr 2026 12:42
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - YENİLƏNİB
02 Oktyabr 2026 12:36
Azərbaycan sərhədini pоzan 20 nəfər saxlanılıb
02 Oktyabr 2026 12:15
43 yaşlı kişi təcili yardım mərkəzinin həyətində öldü
01 Oktyabr 2026 19:07
Baş Prokurorluq: Hərbi qulluqçumuz Ermənistan ərazisində saxlanılıb
01 Oktyabr 2026 18:59


Bakı -°C

