İran prezidenti Pakistana səfər edəcək
![](https://adalet.az/uploads/img/posts/2024/04/15/32jpg-1713194202.jpg)
İran Prezidenti İbrahim Rəisi Pakistana səfər edəcək.
Adalet.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb
Məlumata görə, İbrahim Rəisinin səfəri aprelin 22-nə planlaşdırılıb.
İki günlük səfər zamanı Yaxın Şərqdə baş verən son proseslər, o cümlədən ikitərəfli münasibətlər haqqında danışıqlar aparılacağı bildirilib.