İran səfirliyi Azərbaycanın diplomatik korpusuna terror hücumunu pisləyib
İran səfirliyi Azərbaycanın Tehrandakı diplomatik korpusuna terror hücumunu pisləyib.
Səfirlikdən verilən məlumatda Azərbaycan səfirliyinin işçilərindən birinin həyatını itirməsi ilə bağlı Azərbaycan dövlətinə və xalqına dərin hüznlə başsağlığı verilir.
Bildirilir ki, İran səfirliyi dost və qardaş Azərbaycan səfirliyinə, silahlı şəxsin hücumunu pisləyir: “Bu acı hadisənin baş verdiyi ilk anlardan İran polis, siyasi və təhlükəsizlik orqanlarının rəsmiləri hadisənin və hazırda həbs olunaraq istintaqa cəlb olunan şəxsin bu cinayəti törətməsinin səbəblərini hərtərəfli araşdırılması üçün xüsusi göstəriş veriblər. Araşdırmaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcək. Həmçinin hadisə ilə bağlı iki ölkənin rəsmiləri arasında diplomatik əlaqələr davam edir. Bununla bağlı iki ölkənin xarici işlər nazirləri bu gün telefonla danışacaqlar”.
Digər Xəbərlər
10 Sentyabr 2026 14:12
Səhiyyə naziri UNOPS-un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü
10 Sentyabr 2026 11:11
XRİTDX-nin nümayəndəsi beynəlxalq kibertəhlükəsizlik tədbirində çıxış edib
10 Sentyabr 2026 11:01
“Əgər sübut təsdiqlənərsə, bu nəticə suyun...”
09 Sentyabr 2026 19:20


Bakı -°C

